Avstraliyadan ABŞ və Çinə xəbərdarlıq: Rəqabət münaqişəyə çevrilməməlidir

Avstraliyadan ABŞ və Çinə xəbərdarlıq: Rəqabət münaqişəyə çevrilməməlidir
DÜNYA
15:26 24.11.2026
60
Avstraliya ABŞ və Çinə rəqabətin qarşıdurmaya çevrilməməsi ilə bağlı xəbərdarlıq edib.

AZXEBER.COM xəbər verir ki, Avstraliyanın xarici işlər naziri Penni Vonq Senatda çıxışı zamanı böyük güclər arasındakı rəqabətin qlobal sabitliyə təhdid yaratdığını bildirib.

O qeyd edib ki, münaqişələr enerji və məhsul bazarlarına təsir edir, inflyasiyanı artırır, kiberhücumlar isə daha təhlükəli xarakter alır. Ticarət, investisiya, nəqliyyat marşrutları və kritik mineralların da təzyiq vasitəsinə çevrildiyini vurğulayıb.

Vonqun sözlərinə görə, ABŞ və Çin rəqabətin münaqişəyə çevrilməsinin qarşısını alan məhdudiyyətləri getdikcə nəzərə almırlar.

Nazir Çinin hərbi gücünü sürətlə artırdığını, ABŞ-ın isə strateji prioritetlərini yenidən müəyyənləşdirdiyini bildirib. Bununla belə, Vaşinqtonun Asiya-Sakit okean regionunda sabitliyin qorunmasında mühüm rol oynadığını qeyd edib.

Vonq əlavə edib ki, Avstraliya ABŞ-la müttəfiqliyini qorumaqla yanaşı, regional tərəfdaşlıqlarını və ticarət əlaqələrini genişləndirməyə çalışır.
 
Gülay
OXŞAR XƏBƏRLƏR