Avtobus dayanacağında yaranan problem niyə 4 gündür həll olunmur? - AYNA-dan AÇIQLAMA

Avtobus dayanacağında yaranan problem niyə 4 gündür həll olunmur? - AYNA-dan AÇIQLAMA
SOSİAL
16:08 24.09.2026
207
Sosial şəbəkələrdə Abay Kunanbayev küçəsində yerləşən avtobus dayanacaqlarından birində məlumat lövhəsinin yerində olmaması ilə bağlı paylaşım edilib. 

Belə ki, məlumat lövhəsi qırılıb və  kənara qoyulub. Paylaşımda qeyd olunur ki, lövhə artıq 4 gündür bu vəziyyətdədir və hələ də əvvəlki yerinə quraşdırılmayıb. Bu isə dayanacaqda sərnişinlər üçün nəzərdə tutulan məlumatın təqdim edilməsində çətinlik yaradır. 

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) AZXEBER.COM-un sorğusuna cavab olaraq bildirilib ki, sözügedən ərazidə nişan bərpa ediləcək: 

"Müxtəlif səbəblərdən zədələnən və sıradan çıxan yol nişanlarının bərpası istiqamətində addımlar atılır. Belə halla qarşılaşan vətəndaşlar AYNA-ya müraciət edə bilərlər. Sözügedən ərazidə nişan bərpa ediləcək”.

Şahanə Ziyad

OXŞAR XƏBƏRLƏR