Qız oğlanı, oğlan da qızı vurur.
AZXEBER.COM Xezerxeber.az-a istindən xəbər verir ki, əlbəyaxa dava gecə paytaxtın Nizami rayonu, metronun ''Neftçilər'' stansiyasının yaxınlığında, restoranlardan birinin qarşısında baş verib. Hadisəyə dair görüntülər də sosial şəbəkədə yayılıb.
Obyektin nümayəndəsi Əli İbrahimoğlu deyir ki, dava edənlər onların müştərisi olsa da obyekdə hər hansı bir söz-söhbət olmayıb. Bütün olanlar kənarda baş verib.
Kadrlardan aydın görünür ki, avtomobilin sahibi ilə birgə olan qadınlar yola çıxaraq dava-dalaş salıblar. Əlbəyaxa dava və təhqiramiz ifadələrlə müşayiət edilən hadisə ətrafdakıların narahatlığa səbəb olub.
Geyim dükanının sahibindən obyektə nə qədər zərər dəydiyini soruşsaq da, danışmaqdan imtina etdilər.











































