Avtobus maşının üstünə çıxdı - FOTO

Avtobus maşının üstünə çıxdı - FOTO
Bütün Xəbərlər
15:46 25.06.2014
1176
Bu gün Bakı-Sumqayıt yolunda ağır qəza baş verib.
Baş Dövlət Yol Polis İdarəsindən ANS PRESS-ə verilən əmlumata görə, “Hyundai” markalı sərnişin avtobusu ilə “VAZ-21015” markalı avtomobil toqquşub.
Hadisə avtobus sürücüsünün maşını sürətlə idarə etməsi nəticəsində baş verib. Avtobus sürətlə hərəkətdə olarkən idarəetməni itirib. Bu zaman avtobus qarşıda dayanan minik maşınına çırpılıb.
Qəza nəticəsində minik maşını tanınmaz hala düşüb. Maşında olan sürücü və sərnişin ağır yaralanıb. Xoşbəxtlikdə avtobusdakı sərnişinlər xəsarət almayıb.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR