Avtobus qəza törətdi

Avtobus qəza törətdi
Bütün Xəbərlər
17:50 10.11.2014
865
Bu gün Qazaxda sərnişin avtobusunun iştirakı ilə zəncirvari yol qəzası baş verib.
ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, Türkiyə vətəndaşı Yılmaz Toprağın idarə etdiyi sərnişin avtobusu Süleyman Cəfərovun idarə etdiyi "Niva" ilə toqquşub.
Daha sonra avtobus yol kənarında dayanan, Tahir İsmayılovun sahibi olduğu "VAZ 2107" markalı maşına çrpılıb. Nəticədə "Jiquli" dərəyə aşıb.
Qəza nəticəsində Süleyman Cəfərov və onun sərnişini Ramin Qasımov yaralanıb. Yaralılar ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR