Avtobus qəzası: ölən var - FOTOLAR

Avtobus qəzası: ölən var -  FOTOLAR
Bütün Xəbərlər
10:18 27.11.2014
1348
Bu gün səhər saatlarına Sumqayıtda sərnişin avtobusu ilə minik maşını toqquşub.Sumqayıt şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, 30 saylı "Daewoo" markalı sərnişin avtobusu ilə "Tofaş" markalı minik maşını toqquşuş.Hadisə nəticəsində minik maşınında olan sərnişinlərdən biri ölüb. Sürücü də daxil olmaqla 3 nəfər xəsarət alıb. Avtobusda da bir neçə sərnişin xəsarət alıb.Hadisə barədə məlumat daxil olan kimi hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları, xilasedicilər və təcili yardım həkimləri cəlb olunub.Qəzada dünyasını dəyişən şəxsin Rafiq Əhmədov olduğu məlum olub.FOTO: APA
OXŞAR XƏBƏRLƏR