Qobu-Güzdək yolunda baş vermiş hadisə nəticəsində 1 nəfər ölüb, 8 nəfər yaralanıb
Bu gün Abşeron rayonu ərazisində sərnişin avtobusunun qəzaya uğraması nəticəsində ölən və yaralanan şəxslərin adları məlum olub. Abşeron rayon Polis Şöbəsindən Lent.az-a verilən məlumata görə, Qobu-Güzdək yolunda 10 LV 327 nömrəli “Otoyol” markalı sərnişin avtobusunun qəzaya uğraması nəticəsində ölən şəxs 1948-ci il təvəllüdlü Bəydəmirova Zəkiyyə Əbdüləli qızıdır. Hadisə nəticəsində daha ağır xəsarət almış 8 nəfər isə Bakının müxtəlif xəstəxanalarına yerləşdirilib. Yaralılar bunlardır: Bədəlov Orucəli Ağadadaş oğlu – 1954 Mahmudova Aygün Məhəmməd qızı – 1973 Ələkbərov Fərid Şakir oğlu – 1984 Həsənova Qətibə Rafiq qızı – 1976 Məmmədov Məhəmməd Nemət oğlu – 1949 Feyziyeva Əsmər Vidadi qızı – 1984 Vəlibəyli Baba Xudaverdi oğlu – 1981 Qarayev Əli Şahbaz oğlu - 1962