Avtobus sürücüsü maska taxmayan şərnişini bıçaqladı

MARAQLI
14:56 22.09.2020
1251
Türkiyənin Bursa şəhərində avtobus sürücüsü maska taxmayan sərnişini bıçaqlayıb.
 
AZXEBER.COM HaberGlobal-a istinadən xəbər verir ki, anası ilə birlikdə dayanacaqda avtobus gözləyən Savaş. B maskasız olduğu üçün mübahisə etməyə başlayıb.
 
Savaş. B. avtobusa maskasız minmək istəyib. Avtobus sürücüsü İzzet.Ç həmin şəxsə maska taxması üçün xəbardarlıq edib. Savaş. B maska taxmağı rədd etdikdə onlar arasında mübahisə başlayıb.
 
Sürücü İzzet. Ç yanındakı bıçaqla maskasız şəxsi qolundan və belindən bıçaqlayıb.
 
Yaralı dərhal təcili tibbi yardımla xəstəxanaya aparılıb. İzzet.Ç isə polis tərəfindən saxlanıb.
 
Mələk Cabbar

OXŞAR XƏBƏRLƏR