Mərakeşdə faciəli qəza baş verib. ANS PRESS-in məlumatına görə, ölkənin Tan-Tan şəhərində idmançıları aparan avtobus qarşıdan gələn yük maşını ilə toqquşub. Qəza nəticəsində avtobus yanıb və 33 idmançı dünyasını dəyişib. Hadisədə ağır yaralanan 8 nəfər xəstəxanaya aparılıb. Yerli mətbatın yaydığı xəbərə görə, idmançılar və hakimlər beynəlxalq turnirdən qayıdanda qəzaya uğrayıblar.