Avtobusda soyğunçuluq edən şəxs saxlanılıb

Avtobusda soyğunçuluq edən şəxs saxlanılıb
SOSİAL
17:16 14.11.2026
68

Yasamal rayonu ərazisində avtobuslardan birində sərnişinə məxsus pul və mobil telefon talanıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidməti məlumat yayıb.

Polisin keçirdiyi tədbirlərlə soyğunçuluq əməlini törədən əvvəllər narkotiklərlə əlaqədar cinayətə görə məhkum olunmuş N.Əsgərov saxlanılıb. Onun üzərindən şəxsi istifadəsi üçün əldə etdiyi narkotik vasitə də aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq araşdırmaları davam etdirilir.

OXŞAR XƏBƏRLƏR