Avtobusda özünü yuxuluğa vuranlar - VİDEO

Avtobusda özünü yuxuluğa vuranlar - VİDEO
Bütün Xəbərlər
08:10 18.01.2013
1104
Yollarımız maşın sarıdan korluq çəkmir. Yəni, sadəcə bayram və istirahət günləri nisbətən boş görməyə alışdığımız yollar hər gün bizi sürprizlərlə qarşılayır. Bir də görürsüz irəlidə maşınlar tıxac yaradıb. Uzun müddətli gözləntidən sonra sürücünün sürücüyə yol verməməyi, hələ digər sürücüləri də gözlətmələri göz qabağındadır. Bu hələ sadə bir faktdır. Amma sürücü olan hər bir kəs yaxşı bilir ki, gün ərzində müxtəlif sürprizlərlə qarşılaşa bilərlər. Ona görə də hər sürücülük vəsiqəsi alan sürücünün işi bununla bitmiş sayılmır. Bir az da sürücülük mədəniyyəti ilə silahlanıb yola çıxsalar, yaxşı olar.İnsanı başqa canlılardan fərqləndirən xüsusiyyətlər arasında ön sıralarda duran insanların davranış qaydalarıdır. Nəqliyyat insanların ən çox istifadə etdikləri vasitə olduğundan, hər bir adam özünün tərbiyəsini, əxlaqını burada biruzə verir. Nəqliyyatdan istifadə edənlər bilirlər ki, cavanlar əlillərə, uşaqlı sərnişinlərə, yaşlılara nəqliyyat vasitəsinə minərkən, düşərkən onlara kömək etməli, oturduqları yerləri onlara təklif etməlidirlər. Lakin heç də bütün insanlar buna əməl etmir. Bəziləri özünü yuxuluğa vurur, bəziləri isə onlara təklif olunan yerə özləri oturmaqdansa yanlarındakı daha cavan insanı oturdurlar.Nəqliyyatda davranış qaydaları dedikdə, danışıq tonu da nəzərə alınmalıdır. Bura həm mobil telefonla, həm də yanınızdakı şəxslə danışıq daxildir. Çünki yüksək səslə danışaraq siz ətrafdakılara narahatlıq törədirsiz. Bundan əlavə, sərnişinlərin nəqliyyat vasitəsində zibili yerə tökmələri, oturacaqları sındırmaları və onların üzərində müxtəlif yazılar yazmaları, nəqliyyat vasitəsindən düşərkən və ya minərkən bir-birilərinə yol verməmələri də davranış qaydalarının pozulmasının göstəriciləridir.Lakin nəqliyyatda davranış qaydaları dedikdə, təkcə sərnişinlər nəzərdə tutulmur. Bura sürücülərin də iş zamanı özlərini necə aparmaları, nəqliyyat vasitəsini sürmək qaydası, sərnişinlərlə danışıq tərzi və s. də aid edilir.Sonda isə onu demək istərdik ki, əgər bütün insanlar nəqliyyatdan istifadə edərkən sadə davranış qaydalarına əməl edərsə, gedəcəkləri ünvana daha tez və rahat şəkildə çatmış olarlar.
OXŞAR XƏBƏRLƏR