Avtobuslar ilin sonuna qədər kart sisteminə keçəcək

Avtobuslar ilin sonuna qədər kart sisteminə keçəcək
Bütün Xəbərlər
14:43 29.11.2013
769

Avtobuslarda kart sisteminə keçidlə bağlı növbəti tarix açıqlanıb.

AZXEBER.COM xəbər verir ki, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) verilən məlumata görə, bu ilin sonunadək Bakıda ictimai nəqliyyatda gediş haqqının kart sistemi ilə ödənilməsinin tətbiqinə başlanılacaq.Məlumat üçün bildirək ki, il ərzində bir neçə dəfə bu sistemin daha əvvəlki aylarda işə düşəcəyi ilə bağlı məlumat verilsə də, proses hər dəfə gecikirdi.Nəzərə alsaq ki, Bakıda sərnişin avtobuslarında kart sisteminin tətbiqi üçün nəzərdə tutulan aparatların demək olar ki, böyük əksəriyyəti quraşdırılıb, onda bu açıqlamanın doğru ola biləcəyinə ümid etmək olar.

OXŞAR XƏBƏRLƏR