Avtobuslarda və metroda gediş haqqı artırılacaq

Bütün Xəbərlər
16:35 23.11.2010
2273

Nəqliyyat sektoru vahid ödəniş sisteminə keçməyə hazırlaşır. Nəqliyyat Nazirliyindən mətbuata verilən məlumata görə, kartlar vasitəsilə təkcə avtobuslarda deyil, metropoliten və taksilərdə, hətta elektrik qatarlarında da ödəniş etmək mümkün olacaq. Artıq ödəniş kartının forması və dizaynı da müəyyənləşdirilib. Bu kartlara məbləğ xüsusi terminallarda yüklənəcək və bunun üçün əsas nəqliyyat obyektləri - metropoliten, avtovağzallar, dəmir yolu vağzalı və aeroportlarda həmin terminalların quraşdırılması nəzərdə tutulur. Bildirilir ki, həmin terminalların ilk nümunələri noyabrın sonunadək Azərbaycana gətiriləcək.

Ekspert: "Gələn ilin əvvəllərində ictimai nəqliyyatda gediş haqlarına yenidən baxılacaq" 

Nəqliyyat sektorunda vahid ödəniş sisteminin Avropa, eləcə də əksər inkişaf etmiş ölkələrdə tətbiq edildiyini diqqətə çatdıran iqtisadçı-ekspert Vüqar Bayramovun sözlərinə görə, Azərbaycanda bu sistemə keçid ictimai nəqliyyatda ödənişlərin beynəlxalq standartlara uyğunlaşdırılmasına gətirib çıxaracaq: "O baxımdan sistemin tətbiqi müsbət haldır. Bu, həm də sürücü ilə sərnişin arasında birbaşa əlaqəni aradan qaldıracaq.  Praktiki nəqliyyat sektorunda ödəniş sisteminin liberallaşması ilə yanaşı, vəsaitlərin hərəkətinə nəzarəti mümkün edəcək. Çünki vahid ödəniş sistemi nəqliyyat sektorunun ödənişlərlə bağlı dövriyyəsini müəyyənləşdirməyə imkan verəcək. O cümlədən vergiyə cəlb olunma baxımından əhəmiyyətli olacaq".  

Mütəxəssis bildirir ki, vahid ödəniş sisteminə keçid ictimai nəqliyyatda gediş haqlarının bərabərləşdirilməsi ilə nəticələnəcək: “Vahid ödəniş sisteminin tətbiqi metroda gediş haqlarının 15 qəpikdən 20 qəpiyə qaldırılmasını qaçılmaz edir. Bu, o deməkdir ki, vahid ödəniş sistemi Avropa standartlarının tətbiqi baxımından uğurlu hesab edilsə də, sistem metroda gediş haqlarının artırılmasına zəmin yaradır. Başqa tərəfdən vahid ödəniş sisteminə keçidlə əlaqədar çəkiləcək xərcləri nəzərə alsaq, gələn ilin əvvəllərində ictimai nəqliyyatda gediş haqlarına yenidən baxılacaq”. 

Gediş haqlarının artırılmasını isitisna etməyən iqtisadçı bildirir ki, avtobuslarda qiymətlərin qaldırılması Tarif Şurası tərəfindən müzakirə ediləcək.

mənbə: milli.az

OXŞAR XƏBƏRLƏR