Avtobusların kondisionerləri niyə işə salınmır? - VİDEO

Avtobusların kondisionerləri niyə işə salınmır? - VİDEO
SOSİAL
21:27 01.06.2026
496
İyun ayının ilk günündən havaların istiləşməsi ilə əlaqədar ictimai nəqliyyatda kondisionerlərin işə salınması məsələsi yenidən gündəmə gəlib.

AZXEBER.COM-un Xezerxeber.az-a istinadən məlumatına görə, bu gün bəzi avtobuslarda kondisionerlər işə salınsa da, bəzilərində hələ də istifadə olunmur.

Lakin bəzi marşrutlar üzrə avtobus sürücülərinə bununla bağlı hələ də heç bir məlumat verilməyib.

Məsələ ilə bağlı "BakuBus" MMC-dən bildirildi ki, hava şəraitinin isti keçməsi və sərnişin rahatlığının təmin olunması məqsədilə MMC-nin istismarında olan bütün avtobuslarda kondisioner sistemləri mərhələli şəkildə aktivləşdiriləcək.

Qeyd edilib ki ötən il də bu proses erkən icra edilmişdi.

OXŞAR XƏBƏRLƏR