AZXEBER.COM-un Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, ötən gün saat 11.30 radələrində Bakının Xəzər rayonu ərazisində dəhşətli yol qəzası olub. Xəzər rayonu ərazisində Bakı şəhər sakini Namiq Qəmbərov idarə etdiyi BMW markalı avtomaşınla yolu keçən Səbinə Əliyeva və onun qızı 10 yaşlı Ayseli vurub. Nəticədə ana hadisə yerində, xəsarətlə xəstəxanaya yerləşdirilmiş uşaq isə orada ölüb.