Avtomobil çaya düşdü, müəllim suda boğuldu

Avtomobil çaya düşdü, müəllim suda boğuldu
Bütün Xəbərlər
13:22 05.12.2014
1166

Sabirabadda avtomobil Kürə düşüb, orta məktəb müəllimi boğulub.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, bu gün səhər Sabirabad rayonunda faciə baş verib.

Cavad kənd sakini, Sabirabad şəhər 4 saylı orta məktəbin müəllimi, 1957-ci il təvəllüdlü Hüseynov Əhliman Ağalar oğlu “VAZ 2107” markalı avtomobili ilə səhər saatlarında məktəbə gedərkən Kür çayı üzərindəki körpüdən çaya düşüb.

Ə.Hüseynov boğularaq ölüb. Onun avtomobildə olan qohumu, 3-cü sinif şagirdi Hüseynova Güldəstə Fuad qızı isə sakinlər tərəfindən xilas edilib.

Hazırda avtomobilin və sürücünün meyitinin sudan çıxarılması üçün hadisə yerində FHN-in sularda xilasetmə xidmətinin dalğıcları işləyirlər.

OXŞAR XƏBƏRLƏR