Sabirabadda avtomobil Kürə düşüb, orta məktəb müəllimi boğulub.
AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, bu gün səhər Sabirabad rayonunda faciə baş verib.
Cavad kənd sakini, Sabirabad şəhər 4 saylı orta məktəbin müəllimi, 1957-ci il təvəllüdlü Hüseynov Əhliman Ağalar oğlu “VAZ 2107” markalı avtomobili ilə səhər saatlarında məktəbə gedərkən Kür çayı üzərindəki körpüdən çaya düşüb.
Ə.Hüseynov boğularaq ölüb. Onun avtomobildə olan qohumu, 3-cü sinif şagirdi Hüseynova Güldəstə Fuad qızı isə sakinlər tərəfindən xilas edilib.
Hazırda avtomobilin və sürücünün meyitinin sudan çıxarılması üçün hadisə yerində FHN-in sularda xilasetmə xidmətinin dalğıcları işləyirlər.