Avtomobil ehtiyat hissələri bahalaşdı - VİDEO

Avtomobil ehtiyat hissələri bahalaşdı - VİDEO
Bütün Xəbərlər
23:21 20.12.2012
4354
Yol qəzaları, həmçinin avtomobillərdə texniki problemlər soyuq və qarlı havalarda daha çox baş verir. Belə problemlərlə qarşılaşmaq istəməyən sürücülər indidən qışa hazırlaşmalıdır. Bəs görəsən sürücülər avtomobilləri qışa hazırlayarkən hansı texniki tələblərə əməl etməlidir?Apardığımız araşdırmalardan məlum oldu ki, qışa hazırlıq zamanı əsasən akkumulyatora, silgəclərə, qızdırıcıya, duman əleyhinə işıqlara, əyləc sisteminə, təkərlərə və sobanın vəziyyətinə diqqət yetirmək lazımdır. Bunun üçün isə kifayət qədər məbləğdə vəsait tələb olunur. Bazarlarda apardığımız sorğulardan məlum oldu ki, artıq avtomobil ehtiyat hissələrinin qiymətində artım var. Əsasən təkər zənciri, antifriz, tosol kimi məhsulların qiymətində müşahidə olunan artıma sürücülərin münasibəti heç də birmənalı deyil.Satıcılar isə ehtiyat hissələrində qiymət artımının mövsümi amillərlə əlaqəli olduğunu iddia edirlər.Öz növbəsində mütəxəssislər hesab edirlər ki, avtomobil ehtiyat hissələrinin dövriyyəsində qış aylarında nisbətən azalma olsa da, bəzi detalların qiymətlərində süni qiymət artımı var.
OXŞAR XƏBƏRLƏR