Avtomobil qəzasında bir ailənin 5 üzvü yaralandı

Avtomobil qəzasında bir ailənin 5 üzvü yaralandı
Bütün Xəbərlər
08:19 05.11.2012
846
İmişlidə baş vermiş avtomobil qəzasında bir ailənin 5 üzvü yaralanıb.Bu barədə Mil-Muğan bürosuna İmişli rayon polis şöbəsindən verilən məlumata görə, avtomobil qəzası Hacıqabul-Bəhrəmtəpə-Horadiz avtomobil yolunun 90-cı kilometrliyində İmişli rayonunun Qulubəyli kəndi ərazisində baş verib. Əslən Füzuli rayonundan olan və Bakı şəhərində yaşayan Quliyev Şahin Çərkəz oğlu idarə etdiyi “Mersedess” markalı avtomobil yoldan çıxaraq aşıb. Hadisə zaman sürücü və onun avtomobildə olan ailə üzvləri 1962-ci il təvəllüdlü Quliyeva Sevda Sevindik Qızı, 1960-cı il təvəllüdlü Quliyev Rafiq Çərkəz oğlu, 1970-ci il təvəllüdlü Quliyeva Zərifə Bayram qızı və 2005-ci il təvəllüdlü Quluzadə Ayşən Rafiq qızı müxtəlif dərəcəli bədən xəsarətləri alaraq İmişli rayon mərkəzi xəstəxanasına yerləşdirilib.Faktla bağlı İmişli rayon polis şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.
//APA
OXŞAR XƏBƏRLƏR