Avtomobil sexi külə döndü

Avtomobil sexi külə döndü
Bütün Xəbərlər
12:19 31.05.2011
1907
İlqar zərbədən hər iki gözünü itirib.
Məhkəmənin hökmü ilə Qalib Şükürova 8 il müddətinə azadlıqdan məhrum edilib.


Narkotik alverçilərinə hökm oxundu

Məhkəmə təqsirləndirilən qadına 12, kişiyə isə 8 il iş verdi

Dünən Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İlqar Murzuqzovun sədrliyi ilə narkotik alverində ittiham olunan Arzu Məmmədovun məhkəməsi başa çatıb.
Arzu Məmmədova 2 kiloqram həşişi satarkən Bakı şəhər Baş Polis İdarəsinin Narkotiklərlə Şöbəsinin əməkdaşları tərəfindən tutulub. Onun üzərinə baxış keçirilən zaman 2 kiloqaram narkotik vasitə hesab olunan həşiş aşkar edilib. Məhkəmənin hökmü ilə Arzu Məmmədov 12 il müddətinə azadlıqdan məhrum edilib.
Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Rəşid Hüseynovun sədrliyi ilə narkotik alveri ilə ittiham olunan Surac Güloğlan oğlu Əliyevə də hökm oxunub. Məhkəmənin hökmü ilə Surac Əliyev 8 il müddətinə azadlıqdan məhrum edilib.
Təqsirləndirilən şəxs İrandan Azərbaycana küllü miqdarda narkotik vasitəi keçirmək istəyərkən Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən həbs edilib.

Mağazadan pulla dolu seyf apardılar
Sumqayıtda ticarət obyektinə silahlı basqın edilib. Basqınçılar gözətçisi Elşən Məmmədovun əllərini və ayaqlarını yapışqanlı kağızla bağlayaraq, içərisində pul olan seyfi aparıblar.
Hadisəni törədən şəxslərin silahlı olduğu bildirilsə də, onlar silahdan istifadə etməyiblər. Buna görə də hadisə zamanı xəsarət alan olmayıb. Hadisə ilə bağlı Sumqayıt şəhər Polis İdarəsi məlumatlandırılıb. Bundan sonra polis əməkdaşları hadisə yerinə gəliblər və oranı müayinə ediblər.

Oğurluq edən şəxs tutuldu

Nərimanov rayonunda oğurluq hadisəsi törədilib. Naməlum şəxs C.Zeynalov küçəsində yaşayan Səxavət Qəribova məxsus evdən açıq qapıdan keçmə yolu ilə 470 manat və mobil telefon oğurlanıb. Hadisəni törədən Bakı şəhər sakini Şaiq Mustafayev tutulub.

Motosiklet oğrusu tutuldu

Bakıda oğurluq edən şəxs tutulub. Xətai rayonunda Murad Əliyevə məxsus “Zonteks” markalı motosiklet qaçırılıb. Polis əməkdaşları tərəfindən oğurluğu törədən Bakı şəhər sakini Rəfayel Əliyev tutulub.


Bərdə sakini dərmandan zəhərləndi

Bərdə rayon sakini Almaz Hətəmova dərmandan zəhərlənib. Almaz Hətəmova evindən dərmandan zəhərlənmə ilə xəstəxanaya gətirilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.


Yeniyetmə kanalda boğuldu

Cəlilabad rayon sakini kanalda çimərkən boğulub. Həmin şəxs Ocaqlı kəndi sakini, 16 yaşlı Seymur Şahbazovdur. O, kənd ərazisində kanalda çimərkən boğulub.


Bakıda evə basqın edildi

Suraxanı rayonunda evə basqın edilib. 3 naməlum şəxs hasardan aşaraq Qaraçuxur qəsəbəsində yaşayan Məhəmməd Eminovun evinə daxil olublar. Hadisəni törədən şəxslər Məhəmməd Eminovun ailəsini bıçaqla hədələyərək evdən pul aparıblar.

Bakıda iki nəfər bıçaqlandı

Suraxanıda bıçaqlanma hadisəsi baş verib. Lerik rayon sakinləri Nadir Səfərov və Vaqif Rüstəmov naməlum şəxslər tətrəfindən bıçaqlanıb. Hər iki yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdiriliblər, vəziyyətlərinin ağır olduğu bildirilir.

Nəsimidə bomba həyəcanı

Nəsimi rayonu ərazisində yerləşən parkda şübhəli çantanın aşkarlanması sakinlərin narahatlığına səbəb olub. Parkda sahibsiz çantanın olması barədə hüquq-mühafizə orqanlarına məlumat verilib. Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə gəliblər. Çanta olan ərazidə insanlar kənarlaşdırılıbş bundan sonra müvafiq araşdırma aparılıb və çantada partlayıcı qurğu aşkar edilməyib.


Avtomobil sexi külə döndü

Səbail rayonunda yerləşən avtomobil təmiri sexində yanğın olub. Yanğın sexin ümumi sahəsi 24 kv.m olan avtomobil təmiri sexində meydana gəlib. Təmirə dayanmış "Mercedes" markalı minik avtomobilinin mühərrik və salon hissəsi yanıb.
Sex və təmirə dayanmış digər avtomobillər yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunub. Yanğın saat 10:14-də yanğınsöndürənlər tərəfindən söndürülüb. İlkin ehtimala görə, yanğına qaynaq işləri aparılarkən yanğın təhlükəsizlik qaydalarının pozulması səbəb olub.

Cinayətdə ittiham olunan 35 nəfər tutulub

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 56 cinayət faktı qeydə alınbıb. Bu barədə “Bizim Yol”a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, baş verən cinayətlərdən 31-i “isti izlər”lə açılıb. Həmçinin ötən günlərdən bağlı qalmış 2 cinayətə də aydınlıq gətirilib.
Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 10 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib. Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 6 nəfər isə yaralanıb. Gün ərzində 5 yanğın hadisəsi qeydə alınıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 14, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib. Cinayət törətdiklərinə görə 35 nəfər tutulub.

OXŞAR XƏBƏRLƏR