Avtomobillər İçərişəhərə buraxılmayacaq

Avtomobillər İçərişəhərə buraxılmayacaq
Bütün Xəbərlər
11:30 17.06.2015
674
Xəbərdarlıq edilib.
I Avropa Oyunlarının velosiped yarışları ilə əlaqədar İçərişəhərdə nəqliyyat hərəkəti məhdudlaşdırılacaq.
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən Oxu.Az-a verilən məlumata görə, Bakı 2015 I Avropa Oyunlarının kişilər və qadınlar arasında fərdi ötüşmə velosiped yarışının marşrutunun bir hissəsinin “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisindən keçməsi ilə əlaqədar olaraq 18 iyun axşam saatlarından başlayaraq 19-21 iyun tarixlərində İçərişəhərə avtomobillərin girişi və hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq.
Yarışla əlaqədar İçərişəhərin sakinləri və qonaqları üçün yarana biləcək müvəqqəti narahatçılığın minimuma endirilməsi məqsədi ilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən bütün lazımi tədbirlər görüləcək.
OXŞAR XƏBƏRLƏR