Bu gecə Bakı şəhər baş polis idarəsi və Yasamal rayon polis idarəsinin əməkdaşları Füzuli meydanında ictimai asayişi kobud sürətdə pozan sürücülərə qarşı növbəti reydini həyata keçirib. Bu dəfəki reydin də əsas məqsədi paytaxt küçələrində avtohəvaskarlıq edən sürücüləri müəyyən etməkdən ibarət idi.Reyd zamanı polislərin saxlama əmrinə tabe olmayan sürücülərə də rast gəlindi. Füzuli meydanında avtoxuliqanlıq edərək qaçmaq istəyən “VAZ 2107”-nin sürücüsü isə tutulmamaq üçün qəsdən qəza törətdi. Sürücü idarə etdiyi avtomaşını hərəkətsiz vəziyyətdə dayanan iki avtomaşını çırpıb əraziən yayınmağa cəhd göstərsə də, çox da uzağa gedə bilmədi.Reyd zamanı paytaxt küçələrində avtomaşınları ilə şou göstərməyə çalışan daha bir neçə sürücü də polislər tərəfindən saxlanıdı.Gecə ərzində avtomaşınların konstruksiyalarında dəyişiklik edən, o cümlədən nəqliyyat vasitələrini rəpdə və ployonkalı şəkildə idarə edən bir neçə sürücü də müəyyən edildi. Reyd zamanı saxlanılan maşınlar cərimə dayanacağına, nəqliyyat vasitələrinin sahibləri isə izahatlarının alınması üçün polis bölməsinə aparıldı.