“Avtoş”luq videosu yayılan sürücü həbs olundu - VİDEO

“Avtoş”luq videosu yayılan sürücü həbs olundu - VİDEO
Bütün Xəbərlər
13:52 19.05.2014
1734
Bir neçə gün əvvəl videosu yayılan VAZ-2107-ni yol polisi əməkdaşları çaxlayıblar. Maşın artıq cərimə meydançasındadır.
 
Bu barədə Feysbukda radio aparıcısı Tural Yusifov yazıb. Sürücünü hansı cəzanın gözlədiyi hələlik məlum deyil.
 
Xatırladaq ki, Bakıda sürücü özbaşınalığı ilə bağlı videogörüntü yayılıb. Radio aparıcısı Tural Yusifovun paylaşdığı videodan görünür ki, VAZ-2107 markalı avtomobil birtərəfli yolda qarşı hərəkət zolağına çıxır, qəza şəraiti yaradır, üstəlik iki piyadanı vurmaqdan çətinliklə qaçır.
 
Hadisə Şərifzadə küçəsində baş verib /Musavat.com/.
OXŞAR XƏBƏRLƏR