'Avtovağzal' metro stansiyası hazırdır - FOTOLAR

Bütün Xəbərlər
10:50 11.07.2013
9683

Bakı Metropoliteninin "Avtovağzal" stansiyasının təhvil verilməsinə bir ilə yaxın vaxt qalır. Bu barədə AZXEBER.COM Metropolitenin rəsmi saytına istinadən məlumat verir. Azərbaycan Prezidenti İlham Əliyevin 2011-ci il 18 mart tarixli sərəncamla təsdiq etdiyi perspektiv inkişaf sxemi və 2011-2015-ci illərin Dövlət Proqramına uyğun olaraq, Bakı Metropoliteni 2030-cu ildə 5 xətt üzrə 76 stansiya və 5 elektrik deposundan ibarət olacaq. Dövlət Proqramı əsasında hazırda 23 stansiyası və 1 elektrik deposu olan Bakı Metropoliteninin Bənövşəyi xəttinin inşası davam etdirilir. Tikintinin birinci beşillik planına görə, bu xəttin 5 stansiyası inşa olunacaq. 12 stansiyadan ibarət olacaq bu xətt Beynəlxalq Avtovağzal Kompleksindən başlamaqla Qaraçuxur qəsəbəsinə qədər uzanacaq. Artıq metronun yeni xəttinin 4-cü stansiyasında da (Heydər Əliyev adına İdman Konsert Kompleksinin yaxınlığı, Cəlil Məmmədquluzadə küçəsi) qazıntı işlərinin başlanmasına çox az müddət qalıb. Xəttin qazıntısında bu stansiyadan başlayaraq, qazma qurğularında geoloji şərait nəzərə alınaraq dəyişiklik ediləcək. Yeni xəttin star stansiyası olacaq və 356 metr uzunluğunda sahəni əhatə edən "Avtovağzal" stansiya kompleksi həm xaricdən, həm də daxildən son görkəmini almaqdadır. Burada 9 çıxış nəzərdə tutulub. Böyük bir ərazini əhatə edəcək stansiyada digər çıxışlar Biləcəri qəsəbəsinə və Bakı-Sumqayıt şosesinin hər iki istiqamətinə olacaq. Ölkə başçısının tapşırığına əsasən, yeni xətlər 7 vaqon üçün nəzərdə tutulacaq. Buna görə də stansiyalarda platformanın uzunluğu əvvəlkindən 42 m çox olacaq və 144 metr təşkil edəcək. Bir müddətdən sonra isə liftlərin quraşdırılmasına başlanılacaq. Bu qurğular yalnız əlillər və fiziki qüsurlu insanlar üçün nəzərdə tutulacaq. Liftlər birbaş stansiyanın plaftorma səviyyəsinə enəcək. Xəttin tam səmərəli fəaliyyəti və gözlənilən yüklə çalışması üçün 2016-cı ili də gözləmək lazım gələcək. Çünki ilk funksional xətt kimi çalışmağa başlamaq üçün stansiyanın birbaşa şəhər mərkəzi ilə birləşdirilməsi də çox vacibdir.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanın Rus icması azərbaycanlılara qarşı Rusiya güc strukturlarının qəddar davranışını pisləyir
17:29 29.06.2025
Azərbaycanın Rus icması azərbaycanlılara qarşı Rusiya güc strukturlarının qəddar davranışını pisləyir
Deputat: Rusiya mehriban qonşuluq siyasəti anlamadı
17:12 29.06.2025
Deputat: Rusiya mehriban qonşuluq siyasəti anlamadı
Goranboyda yol qəzası olub, 7 nəfər xəsarət alıb
16:52 29.06.2025
Goranboyda yol qəzası olub, 7 nəfər xəsarət alıb
"Bu, Azərbaycan mətbuatının tarixində ilk hadisədir" - Natiq Məmmədli
16:48 29.06.2025
"Bu, Azərbaycan mətbuatının tarixində ilk hadisədir" - Natiq Məmmədli
Azərbaycan parlamentinin nümayəndə heyəti Moskvada keçiriləcək iclasda iştirak etməyəcək
16:24 29.06.2025
Azərbaycan parlamentinin nümayəndə heyəti Moskvada keçiriləcək iclasda iştirak etməyəcək
Rusiya ilə bağlı qərar “Dream Fest”ə də təsir etdi - Siyahı dəyişəcək
16:21 29.06.2025
Rusiya ilə bağlı qərar “Dream Fest”ə də təsir etdi - Siyahı dəyişəcək
Yekaterinburq məhkəməsi Şahin Lalayev barəsində həbs qətimkan tədbiri seçib
16:09 29.06.2025
Yekaterinburq məhkəməsi Şahin Lalayev barəsində həbs qətimkan tədbiri seçib
Füzulidə kanalda batan şəxsin axtarışları davam edir
15:45 29.06.2025
Füzulidə kanalda batan şəxsin axtarışları davam edir
“Bu prosesin başında Putinin formalaşdırdığı ideoloji xətt dayanır” - Deputat
15:40 29.06.2025
“Bu prosesin başında Putinin formalaşdırdığı ideoloji xətt dayanır” - Deputat
Küləkli hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ
15:30 29.06.2025
Küləkli hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ
Yekaterinburqda məhkəmə qərarı ilə Ayaz Səfərov 22 gün müddətinə həbs edilib
15:09 29.06.2025
Yekaterinburqda məhkəmə qərarı ilə Ayaz Səfərov 22 gün müddətinə həbs edilib
Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası bəyanat yaydı: Rusiya dərhal üzr istəməlidir
14:54 29.06.2025
Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası bəyanat yaydı: Rusiya dərhal üzr istəməlidir
İranda icazəsiz dron uçuş qadağan edildi
14:44 29.06.2025
İranda icazəsiz dron uçuş qadağan edildi
İdman zalında qadağan olunan əşya AÇIQLANDI
14:23 29.06.2025
İdman zalında qadağan olunan əşya AÇIQLANDI
Azərbaycanda leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
14:07 29.06.2025
Azərbaycanda leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Rezidenturaya qəbul imtahanının birinci mərhələsi keçirilib
13:52 29.06.2025
Rezidenturaya qəbul imtahanının birinci mərhələsi keçirilib