AXCP Masallı rayon şöbəsinin bu il mayın 12-də keçirilən yığıncağında insident yaşanması ilə bağlı məlumat yayılmışdı. Həmin məlumatda bildirilirdi ki, AXCP-nin sədr müavini Fuad Qəhrəmanlının da iştirak etdiyi yığıncaqdan sonra bir necə fəhlə aldadıldıqlarını iddia etmişdilər.
Şikayətçilər bildirmişdilər ki, özünü Masallı Ziyalılar Birliyinin sədri kimi təqdim edən Məmmədağa Eynullayev (qeyd edək k, o, əvvəllər AXCP üzvü olub, sonra YAP-a keçib, daha sonra yenə AXCP-yə qayıdıb-red.) onlara rayonda keçirilən yığıncaqda iştirak etməyi təklfi edib və bünün müqabilində hər birinə 15 manat verəcəyini bildirib. Yığıncaqda iştirak edən fəhlələr iclasdan sonra pullarını tələb ediblər. Fəhlələrin hər birinə 5 manat verən Məmmədağa Eynullayev bildirib ki, qalan 10 manatı da Bakıdan gələn qonaq - Fuad Qəhrəmanlı verəcək. Yayılan məlumatda bildirilirdi ki, fəhlələr Fuad Qəhrəmanlının onlara pul verəcəyini gözləsə də o, maşınına oturaraq Bakıya qayıdıb.
Aldadıldıqlarını anlayan fəhlələr mətbuata müraciət edərək kömək istəmişdilər və məhkəməyə müraciət edəcəklərini bildirmişdilər. Fəhlələr artıq Məmmədağa Eynullayevdən məhkəməyə şikayət ediblər.
Bir neçə gün öncə isə çox maraqlı hadisə baş verib. Masallıdan daxil olan məlumata görə, fəhlələrin məsələyə ciddi yanaşdıqlarını görən M.Eynullayev AXCP Masallı rayon şöbəsinin sədri Əlişir Bəşirliyə müraciət edərək fəhlələrin pulunun verilməsini tələb edib. Onun bu tələbi AXCP-nin Masallı şöhbəsinin sədrinin təpkisi ilə qarşılanıb və mübahisə yaranıb. Məmmədağa Eynullayevin “fəhlələrə söz verib sonradan pulu verməyibsiniz, indi mən qalmışam ortada” deməsinə Bəşirlinin “sözü sən vermisən, indi də yerinə yetir” cavabı mübahisəni əlbəyxa davaya çevirib.
Hadisə şahidlərinin verdiyi məlumata görə, bir-birini küçə söyüşləri ilə təhqir edib yumruqlaşan tərəfləri ətrafdakıların müdaxiləsindən sonra ayırmaq mümkün olub.AZXEBER.COM