AXCP sədrinin müavini Fuad Qəhrəmanlının APA-ya verdiyi məlumata görə, toplantıda bir sıra məsələlər, o cümlədən İctimai Palatanın xətti ilə davamlı mitinqlərin keçirilməsi mövzusu müzakirə olunub.
«Biz, həmçinin mayın 28-də Məmməd Əmin Rəsulzadənin abidəsi önündə bayram tədbirinin keçirilməsini qərara aldıq. Müşavirədə mitinqlərin davam etdirilməsi barədə də qərar qəbul edildi», - deyə F. Qəhrəmanlı vurğulayıb.