AXCP-Müsavat müttəfiqliyi düşmənçiliyə çevrilir - İFŞA

AXCP-Müsavat müttəfiqliyi düşmənçiliyə çevrilir - İFŞA
Bütün Xəbərlər
18:00 17.01.2013
1275
Azərbaycanda keçirilən hər seçki öncəsi müxalifət partiyaları arasında müşahidə edilən qarşıdurma və ziddiyyətlər yenə də özünü büruzə verir. Xüsusilə, 2010-cu ilin parlament seçkilərindən sonra İctimai Palata adlı qurumda birləşən və sözdə özlərini müttəfiq kimi göstərən Azərbaycan Xalq Cəbhəsi Partiyası ilə Müsavat Partiyası arasındakı qarşıdurma və ziddiyyətlər getdikcə daha qabarıq şəkildə özünü göstərir, hər iki partiyaların fəallarının bir-birilərinə qarşı apardıqları gözdənsalma kampaniyası, hətta sosial şəbəkələrdə cəbhəçi və müsavatçıların yer alan təhqirləri son vaxtlar daha geniş vüsət alıb. Bu azmış kimi partiyalar bir-birinin sosial bazasını da dağıtmağı başlıca hədəf seçib. Belə ki, bir neçə gün əvvəl Müsavat Partiyasının Ağcabədi rayon təşkilatından bir neçə partiya funksionerinin Azərbaycan Xalq Cəbhəsi Partiyasına keçməsi deyilənləri təsdiqləyir. Müsavatdan ayrılan partiya funksionerlərinin məhz AXCP-yə üz tutması onu deməyə əsas verir ki, cəbhəçilər Müsavat Partiyasına qarşı apardığı mübarizədə ikincinin elektoratını parçalamağı əsas hədəf seçib. Hələ 2010-cu ilin parlament seçkiləri ərəfəsində Müsavatda baş verən anoloji hadisə zamanı AXCP bu partiyadan ayrılan Qabil Hüseynli, Tapdıq Abbas, Sülhəddin Əkbər kimi veteran müsavatçıları öz tərəfinə çəkməyə cəhd göstərsə də, cəbhəçilərin bu cəhdi baş tutmadı. Hətta o zaman Müsavatdan ayrılan Sülhəddin Əkbərin AXCP sədrinin müavini postuna gətiriləcəyi də söylənilirdi. Burada daha bir maraqlı bir məqam ondan ibarətdir ki, zaman-zaman Müsavat Partiyasından istefa verən müsavatçılar region baxımından İsa Qəmbərə daha yaxın olan insanlardır. Müsavat Partiyasının başqanı İsa Qəmbərin Füzuli rayonundan olduğunu və bu partiyadan istefa verənlərin (sonuncu parlament seçkilərində Beyləqan, indi isə Ağcabədi müsavatçıları) region baxımından İsa Qəmbərə yaxın olduğunu nəzərə alsaq belə qənaətə gəlmək olar ki, son istefalar da birbaşa AXCP tərəfindən Müsavat başqanının nüfuzuna xələl gətirməyə xidmət edən siyasi hadisədir. Yəni, Azərbaycan Xalq Cəbhəsi Partiyası bununla Müsavat başqanına mesaj verir ki, səni heç öz regionuna yaxın rayonlarda belə dəstəkləmirlər. Müsavat Partiyasının Ağcabədi rayon təşkilatından istefa verərərk AXCP-yə keçən sabiq müsavatçıların bəyanatında “Əli Kərimlinin mövqeyini İsa Qəmbərin mövqeyindən daha üstün tuturuq” ifadəsinin yer alması da deyilənləri bir daha təsdiqləyir. Son istefaların AXCP-yə bağlılığı olan “Azadlıq” qəzeti tərəfindən geniş təbliğ olunması da bunun cəbhəçilər tərəfindən Müsavat Partiyasına qarşı hazırlamış ssenari olduğundan xəbər verirdi.
Bəs görəsən dünənə qədər müttəfiq olan Azərbaycan Xalq Cəbhəsi Partiyası ilə Müsavat Partiyası arasında ciddi problemlərin meydana gəlməsinin başlıca səbəbi nədir? Birmənalı olaraq demək mümkündür ki, “mehriban düşmənlər” arasında yeni bir qarşıdurmanın yaranmasının başlıca səbəbi Müsavat Partiyasının başqanı İsa Qəmbərin İctimai Palatadakı müttəfiqlərinin mövqeyini nəzərə almadan və həmin qurumun nizamnaməsinə məhəl qoymadan prezidentliyə namizədliyini irəli sürəcəyi barədə açıqlama verməsidir. Əslində zaman-zaman bu tipli məsələlər ortaya çıxsa da, nəticə etibarilə AXCP-nin təpkiləri qarşılığında Müsavat İsa Qəmbərin namizədliyini açıqlamağa ehtiyat edir, mövqeyini tam açıqlamırdı. Lakin son həftələr ərzində Müsavatın atmış olduğu addım və İsa Qəmbərin namizədliyinin irəli sürüləcəyi barədə verilən açıqlama AXCP-Müsavat müttəfiqliyinin nə qədər qeyri-ciddi və səmimiyyətdən kənar olduğunu ortaya qoydu. Müsavatın bu addımını həzm edə bilməyən cəbhəçilər üçün “Mediaforum” saytının keçirdiyi sorğu və açıqlanan nəticələr göydəndüşmə oldu. Həmin sorğunun nəticələrində qeyd edilir ki, Azərbaycan Xalq Cəbhəsi Partiyasının namizədi müxalifətin ən şanslı namizədi hesab olunur. AXCP fəalları tərəfindən geniş təbliğ olunan bu nəticələr isə öz növbəsində Müsavat Partiyasında qıcıq yaradır. Hətta müsavatçılar belə hesab edirlər ki, bu sorğu Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin sifarişi ilə təşkil olunub və onun təbliği məqsədini daşıyır.Göründüyü kimi hazırkı situasiyada Azərbaycan Xalq Cəbhəsi və Müsavat Partiyası arasında “soyuq müharibə” gedir. Maksimum imkanlardan istifadə edərək bir-birilərini gözdən salan, müttəfiqlik prinsiplərinə zidd açıqlamalar səsləndirən cəbhəçi və müsavatçılar arasında hazırda hansısa kiçicik bir məsələ ilə bağlı yekdil fikir yoxdu desək yanılmarıq. Elə yanvarın 12-də “Əsgər ölümünə son” adı altında keçirilən aksiyadan sonra “Azadlıq” qəzetində və sosial şəbəkələrdə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılmış AXCP üzvlərinin müsavatçılardan daha çox olduğu barədə fikirlərin yer alması da bünu sübut edir. Bütün bunlar isə onu deməyə əsas verir ki, prezident seçkilərinə qədər Azərbaycan Xalq Cəbhəsi və Müsavat Partiyası arasında olan gərgin münasibətlər daha da kritik həddə qədəm qoyacaq ki, bu da seçkilərdə müxalifətin elektoratının parçalanmasını qaçılmaz edəcək. Onsuz da hakimiyyət namizədinə qalib gəlmək iqtidarında olmayan müxalifət prezident seçkilərində üzləşdiyi uğursuzluqla yenidən özünü həm daxildə, həm də ölkədən kənarda biabır etmiş olacaq.Süleyman İsmayılbəyli
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Antalyada zəncirvari qəza: 26 yaralı
12:52 01.07.2025
Antalyada zəncirvari qəza: 26 yaralı
Azərbaycanla Özbəkistan arasında bir sıra sənədlər imzalandı
12:48 01.07.2025
Azərbaycanla Özbəkistan arasında bir sıra sənədlər imzalandı
Turizm Agentliyi daxili turizmin təbliği və təşviqi üçün media turların təşkilindən imtina etdi – 1 milyonluq layihə
12:35 01.07.2025
Turizm Agentliyi daxili turizmin təbliği və təşviqi üçün media turların təşkilindən imtina etdi – 1 milyonluq layihə
Qırğız Respublikasında Azərbaycan-Qırğızıstan Gənclərinin Düşərgəsi Təşkil Olunub – FOTOLAR
12:26 01.07.2025
Qırğız Respublikasında Azərbaycan-Qırğızıstan Gənclərinin Düşərgəsi Təşkil Olunub – FOTOLAR
Sabah güclü külək əsəcək, yağış yağacaq, şimşək çaxacaq
12:17 01.07.2025
Sabah güclü külək əsəcək, yağış yağacaq, şimşək çaxacaq
"Öldürülən Ziyəddin Səfərovun qabırğalarından birini tapa bilmədik"
12:05 01.07.2025
"Öldürülən Ziyəddin Səfərovun qabırğalarından birini tapa bilmədik"
İsrailin Qəzzaya hücumu nəticəsində 10 fələstinli həlak olub
12:01 01.07.2025
İsrailin Qəzzaya hücumu nəticəsində 10 fələstinli həlak olub
“Birmarket” - “Bir” rəqəmsal ekosisteminin e-ticarət platformasıdır
11:50 01.07.2025
“Birmarket” - “Bir” rəqəmsal ekosisteminin e-ticarət platformasıdır
Ziyəddin və Hüseyn Səfərovlar dəfn edilib
11:41 01.07.2025
Ziyəddin və Hüseyn Səfərovlar dəfn edilib
Müdafiə Nazirliyindən XƏBƏRDARLIQ
11:31 01.07.2025
Müdafiə Nazirliyindən XƏBƏRDARLIQ
Etirazlar nəticə vermədi: "Azercell"in kəskin qiymət artımı ilə bağlı dəyişikliyi qüvvəyə mindi
11:30 01.07.2025
Etirazlar nəticə vermədi: "Azercell"in kəskin qiymət artımı ilə bağlı dəyişikliyi qüvvəyə mindi
Danışmağı ən çox sevən 4 BÜRC
11:27 01.07.2025
Danışmağı ən çox sevən 4 BÜRC
“Taksi sürücüsünün ixtiyarı yoxdur istədiyi mahnıya qulaq assın” - Əməkdar artist
11:24 01.07.2025
“Taksi sürücüsünün ixtiyarı yoxdur istədiyi mahnıya qulaq assın” - Əməkdar artist
Prezident İlham Əliyev Ruandanın dövlət başçısını təbrik edib
11:24 01.07.2025
Prezident İlham Əliyev Ruandanın dövlət başçısını təbrik edib
Vüsalə Səid vəzifəsindən ayrıldı
11:22 01.07.2025
Vüsalə Səid vəzifəsindən ayrıldı
Rusiyalı müğənni keçmiş ərinin axtarışı üçün Fransa polisinə müraciət etdi
11:21 01.07.2025
Rusiyalı müğənni keçmiş ərinin axtarışı üçün Fransa polisinə müraciət etdi