AXCP və Müsavat gəncləri öz məqsədləri naminə xərcləyir

AXCP və Müsavat gəncləri öz məqsədləri naminə xərcləyir
Bütün Xəbərlər
13:51 20.09.2012
1496
Əli Kərimli və İsa Qəmbər onları təxribata sürükləməklə xaricdəki himayədarlarına yaşadıqlarını sübut etməyə çalışırlar

Azərbaycan müxalifətinin, daha dəqiq desək, sözügedən düşərgədə təmsil olunan radikal meylli qüvvələrin fəaliyyəti onların ətrafında olan gəncləri sürətlə uçuruma aparır. Uzun illərdən bəri sinələrinə döyərək, özlərini müxalifətin ən güclü təşkilatları, yəni ana müxalifət, digərlərini isə cırtdan partiyalar aldandıran AXCP və Müsavatın gənclər siyasəti demək olar ki, yox səviyyəsindədir.

Adıçəkilən siyasi təşkilatların, həmçinin onların rəhbərlərinin iş prinsipinə diqqətlə nəzər salsanız, görərsiniz ki, onlar ən çətin və məsuliyyəti məqamlarda özlərini qorumaq naminə yaxalarını kənara çəkir, qurbanlarını isə "durma, irəli" deyə mənasız mübarizəyə səsləyirlər. Ola bilər ki, kimlərsə bu fikirlərimlə razılaşmasın. Lakin deyilənlər həqiqətdir və zaman-zaman öz təsdiqini tapıb.

Artıq heç kimə sirr deyil ki, gənclərin böyük əksəriyyəti AXCP və Müsavat Partiyasının oyunlarından xəbərdardır. Və elə bu səbəbdən də onlar radikal yönümlü müxalifətin mövqeyini qəbul etmir, İctimai Palatanın təsisçilərini dəstəkləmirlər. Qəbul etsəniz də, etməsəniz də bu, bir faktdır. Yox, əgər aranızda kimlərsə israrla bununla razı olmadığını bəyan edirsə, o zaman müxtəlif ali təhsil ocaqlarında, istirahət və əyləncə mərkəzlərində, parklarda, kafe, restoran və çayxanalarda, həmçinin dövlətdən heç bir asılacağı olmayan özəl müəssisələrdə çalışan gənclər arasında sorğu keçirə bilər. O zaman məlum olacaq ki, gənclərin azı 90-95 faizi müxalifət partiyalarının onlara düzgün yol göstərmədiyini əsas gətirərək radikalları və onların atdığı addımları müdafiə etmirlər.

Bu gün aydın şəkildə görünür ki, İctimai Palata adlı qurum gənclərə dağıdıcılıq və pozuculuq meyllərini aşılayır. Bəli, AXCP və Müsavat cütlüyü yetişməkdə olan nəsli ciddicəhdlə özlərinə bənzətməyə çalışır. Əsasən də AXCP sədri Əli Kərimli ətrafındakı gəncləri müxtəlif sosial şəbəkələrdə dağıdıcılığa, pozuculuğa, Azərbaycanın əleyhinə tənqidi, hətta bəzi məqamlarda dövlət və dövlətçiliklə bağlı təhqir dolu fikirlər yaymağa sövq edir. Təbii ki, AXCP sədrinin tərəfdarlarından fərqli olaraq, ölkədə yetişməkdə olan sağlam gənclər haqlı olaraq bu cür çirkin oyunların iştirakçısı olmaq və təbii ki, sonda Əli Kərimliin qurbanına çevrilməkdən uzaq dururlar. Çünki AXCPsədrin əsas məqsədi hər zaman gənclərin gələcəyini təhlükəyə atmaqdan ibarət olub. Odur ki, sağlam təfəkkürlü gənclər Əli Kərimlinin yalnız şəxsi maraqlarına xidmət edən çirkin məqsədlərini çox gözəl başa düşürlər...

AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlının timsalında demək olar ki, Əli Kərimlinin gənclər siyasəti həm özünü, həm də rəhbərlik etdiyi siyasi təşkilatı yerdən alıb yerə vurdu. Onun bir müddət öncə "facebook" sosial şəbəkəsində özünə məxsus profildə yayımladığı siyasətdən getmə səbəblərilə yəqinçoxunuz tanışsınız. Məhz qız razborkasına görə, siyasətdən uzaqlaşmaq istədiyini bildirən Əbülfəz Qurbanlı çox keçmədi ki, yenidən Əli Kərimlinin qanadları altında qalmaq barədə qərar qəbul etdi. Bu da AXCP-nin gəncləri və onların siyasət anlayışı... Əgər bir ölkənin ki, gələcəyi sizin əlinizdədir, o zaman belə gələcək heç gəlməsə yaxşıdır.

AXCP və Müsavat Partiyasının aksiyalara gəncləri qurbanvermə mərasimi kimi baxdıqlarını deyən, İctimai Palatanın təsisçilərindən olan bitərəf demokrat Hikmət İsmayılov ötən il "Hərb və Sülh" qəzetinə verdiyi müsahibəsində İP-in xalqın inamını doğrultmamaqla bərabər, müxalifətin Əli Kərimli, İsa Qəmbər və ətraflarındakı 60-70 insandan ibarət olduğunu qeyd edib. Hikmət İsmayılovun sözlərinə görə, onlar hər fürsət düşəndə xalqın vətənpərvər nümayəndələrini aldadıb öz ətraflarına yığır və qurban verirlər: "Bu gün İctimai Palatada təmsil olunan partiya liderləri xalqın arasında olmaqdan, mitinqlərdə xalqın önündən getməkdənsə küncdə-bucaqda qaçıb gizlənməyə üstünlük verirlər. İctimai Palatanın bu günə kimi keçirdiyi hansı mitinqdə Əli Kərimli və ya İsa Qəmbəri görmüsünüz? Onlar aksiyaya çıxmır. Onlar bu aksiyanı gəncləri qurbanvermə mərasimi kimi baxırlar". Gənclərin döyülüb, söyülüb, universitetlərdən qovulduğunu qeyd edən Hikmət İsmayılov buna baxmayaraq, Əli Kərimli və İsa Qəmbərin öz ampluasından çıxış etdiyini bildirib: "Necə olur ki, İsa Qəmbərin oğlunu cəbhə xəttinə göndərirlər və o, ön xətdə bir həftə duruş gətirə bilmir? Oradan hərbi qospitala gəlir və daha sonra tərxis olunur.

Səbəb kimi ürək çatışmazlığı göstərilir və bildirilir ki, o, "ağır vəziyyətlərə düşəndə şiddətlənir, yaxşı vəziyyətdə yaxşı olur". Heç olmasa bunu yazan, deyən adam utanmır ki, xəstə və xəstəliyi bu cür ifadə etmək olmaz. Bu, tibbi termin deyil və heç olmasa, gedib hansısa həkimdən öz fikrimi normal ifadə etmək üçün kömək istəsin. Soruşuram, bəs ön cəbhədə canından keçən insanlar Azərbaycan xalqının övladları deyil? Hər gün olmasa da, bir gündən bir, iki gündən bir cəbhə bölgəsindən gələn meyitlər azərbaycanlılara məxsus deyil? Niyə İsa Qəmbərin övladı ön xətdə bir ay davam gətirə bilmədiyi halda onlar ilnən duruş gətirirlər? İsa Qəmbərin övladı İngiltərədə təhsil almalı, onun həmyaşıdları, yaşca ondan da kiçiklər isə canından keçməlidir?.."

Xülasə, bütün bunlar bir daha onu təsdiqləyir ki, AXCP və Müsavat Partiyası gənclərin qanına susayıb. Adıçəkilən siyasi təşkilatların liderləri məhz gənclərin əzab-əziyyətləri, canı-qanı bahasına maraqlarını təmin etməyi planlaşdırırlar.

Onlar iqtidarla sivil, demokratik yollarla mübarizə apara bilmədiklərindən bəzi sadəlövh gəncləri müxtəlif təxribata sürükləməklə gündəmdə qalmağa, xaricdəki himayədarlarına yaşadıqlarını sübut etməyə çalışırlar...

/// Gündəlik-Bakı qəzeti

OXŞAR XƏBƏRLƏR