Axsam.az 2 yaşını qeyd edir

Axsam.az 2 yaşını qeyd edir
MEDİA
20:47 21.12.2014
2118

Bu gün Axşam.az portalının 2 yaşı tamam olur.

"5 Media" şirkətinə məxsus olan Axşam.az qısa müddət ərzində ölkənin populyar saytlarından birinə çevrilib. Portal ölkədə və dünyada baş verən maqazin, dəb, incəsənət və mədəniyyətlə bağlı son xəbərləri işıqlandırır, tanınmış insanlarla müsahibələr yayımlayır. Geridə qalan illər ərzində sayt xeyli sayda ziyarətçi kütləsinə yiyələnə bilib. Həmçinin Axşam.az ötən il Mətbuat Şurasının üzvlüyünə qəbul edilib.

AZXEBER.COM portalının bütün kollektivi adından həmkarlarımızı təbrik edir, onlara gələcək illərdə yeni-yeni uğurlar arzu edirik

OXŞAR XƏBƏRLƏR