Axtarışına 6 mindən çox insanın toplaşdığı Xizirin meyiti tapıldı

Axtarışına 6 mindən çox insanın toplaşdığı Xizirin meyiti tapıldı
DÜNYA
20:36 22.06.2026
489
İnquşetiyada iyunun 15-də Sunja çayının axınının apardığı 8 yaşlı Xizir Dərbiçevin meyiti tapılıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin regional Baş İdarəsi məlumat yayıb.

"Uşağın meyiti saat 16:50-də aşkar edilib. Nəticədə Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin rəisi Əhməd Yevloyev axtarış-xilasetmə işlərinin yekunlaşdığını rəsmən elan edib”, - məlumatda deyilir.

Qeyd edək ki, 8 yaşlı Xizir Dərbiçev dostu Adəmi xilas etmək üçün Sunja çayına atılıb. Yaxınlıqda olan başqa bir oğlan kömək istəməyə qaçıb. Adəm xilas edilsə də, Xiziri güclü axın aparıb. İnquşetiya və Çeçenistanda aparılan axtarış əməliyyatlarına xilasedicilər, könüllülər, fövqəladə hallar xidmətinin əməkdaşları və Qafqaz regionundan yerli sakinlər də daxil olmaqla 6 mindən çox insan səfərbər edilib.

/qafqazinfo
OXŞAR XƏBƏRLƏR