Axundun ikimərtəbəli evi külə döndü- Fotolar

Axundun ikimərtəbəli evi külə döndü- Fotolar
Bütün Xəbərlər
10:34 26.06.2015
2071
Azərbaycanlıların kompakt yaşadığı Qardabaninin Muğanlı kəndinin axundunun ikimərtəbəli evi yanıb.

AZXEBER,COM APA-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Ramin İgidov bildirib. Onun sözlərinə görə, axund Hümmət Əliyevin evindəki yanğına elektrik naqillərində yaranmış qısaqapanma səbəb olub: "Güclü yanğın sayəsində tamamilə yanan evdə iki ailə yaşayıb.

Yanğınsöndürənlər gələnə qədər ev əşyaları ilə birgə yanaraq külə dönüb. Hadisə zamanı evdə heç kim olmadığından xəsarət alan yoxdur”.

Ramin İgidov bir neçə ruhani ilə birlikdə Muğanlı kənd axundu Hümbət Əliyevin ailəsinə baş çəkib, yardım edib.

OXŞAR XƏBƏRLƏR