'Ay Əli Kərimli, indi də dönüb Azadə olmusan?...' – Elşən Musayev

Bütün Xəbərlər
15:52 21.08.2014
4101

Bu gün "Azadlıq" qəzetində Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev və onun yazılarını tirajlayan saytlar haqda təhqiredici yazı yayımlanıb. Qeyd edək ki, Elşən Musayevin Lider TV-də yayımlanan "Mövqe" verilişinin videolarını tirajlayan AZXEBER.COM və Aktual.az saytları olub. 

Oxucularımız üçün maraqlı olacağını nəzərə alaraq partiya sədrinin cavabını təqdim edirik: Elşən Musayev “Azadlıq” qəzetində özüm haqqda yazını oxudum. Azadə imzası ilə.

Əhsən Əli Kərimli! Demək ki, indi də dönüb Azadə oldun. Nə deyim. Siyasətdə, həyatda azad olmağı bacarmayan insan zatən sonunda təkəbbür kompleksinə girib elə Azadə fason da bir şey olmalı idi. Və ya “azad” kəlməsinin kişi cinsi sənə heç bir halda uyğun gəlmədiyi üçün demək ki qismətində bir də bu sözün qadın cinsini tapıb, zorlayıb, təcrübə dovşanına çevrirmək varmış!

Oysa, bir iki məqamdan xəbərin olsun!

1) Haqqında bəhs etdiyin yazı mənim ad günü yazımdır. Necə ki, bunu özün də vurğulamısan. O siyasət haqqda deyil, həyatım haqqdadır. Üstəgəl, siyasi məzmunda da deyil, sentimental ruhdadır. Bunu anlamaq hər nə qədər sənin qabiliyyətinin, istedadının, insanlığının fövqündə qalsa da bir daha xatırlatmağı özümə borc bildim...

2) Ləyaqətinə şübhə etdiyin mən də, mənim yazılarımı tirtajlayan saytlar da, aparıcısı olduğum “Mövqe” verilişinin efirə getdiyi “Lider” telekanalı da sənə və sənin kimilərə ləyaqətdən dərs keçər. Özü də gündə 24 + 1 saat. Bilirsənmi niyə? Çünki, biz sənin kimi hər fürsətdə, hər addımda vətən, milli maraq, lider satmağı bacarmadıq. Bacarmırıq. Bacarmarıq! Biz erməninin ağzından girib paçasından, cibindən girib Allah bilir harasından çıxan Leyla Yunuslara bacı, sirdaş, yoldaş deməyi bacarmadıq. Bacarmırıq. Bacarmarıq! Və nəhayət, biz sənin kimi arvad donunun, ətəyinin altında gizlənməyi, Kəmalə Bənənyarlılar, Xədicə İsmayıllar yetişdirməyi də bacarmadıq. Bacarmırıq. Bacarmarıq!

3) Bəli, mən ad günü yazımı elə bu başlıqla da tirajlamışam: “O kişilik məndə yoxdur”...Və, yenə də imzamı, dediklərimi təsdiqləyirəm. Amma....bir şərtlə ki həmin yazını kəllə-mayallaq oxuyub kontekstdən çıxarmayasan. Və ya bəsirət gözlərini acaraq söhbətin nədən getdiyini, mən kişilik deyərkən nələri qəsd etdiyimi anlayasan. Təbii, ona-buna danos yazmaqdan, torba tikmədən başın açılarsa əgər...

4) Mənim həyatımda, siyasətimdə, fəaliyyətimdə, söylədiyim kəlmələrdə yüz yalnış ola bilər. Bunu istisna etmirəm. Hətta çox ciddi səhvlərlə ömür yoluma davam edə, böyük bir kütlənin qıcığını, kinini, nifrətini üzərimdə gəzdirə, bəsləyə, daşıya bilərəm. Ya da ola bilər kimsə mənim yaxşı kişi olduğuma belə şübhə ilə yanaşsın, məni bu məsələdə qınasın, ittiham etsin. Amma.... səndəmi?! Yox artıq. Bu qədəri olmaz. Ən azından insaf və vicdan xətrinə olmaz. Vallah ki, olmaz. Öz lideri, yəni Elçibəy haqqda tərbiyəsiz diskləri tirajlayıb yayan, hakimiyyət naminə Qarabağı hətta hindu tayfasına belə peşkəş etməyə hazır olan, illərdir kişilik sindromundan əziyyət çəkən biri tərəfindən isə heç olmaz!

5) Səni bəlkə 50 dəfə “Azadlıq” radiosunda canlı debata çağırmışam. Bu da 51-cisi olsun. Cəsarətin varsa ora gəl. İçində kişilik anlayışından çox demirəm zərrə qədər də olsun “ridument”- filana bənzər bir şeylər qalıbsa üzbəüz gəl. Gəl sənə kim olduğumu, niyə və necə İlham Əliyevçi olduğumu sübut edim...!

AZXEBER.COM Elşən Musayevin müzakirəyə səbəb olan yazısını bir daha təqdim edir: https://www.azxeber.com/news/69518

OXŞAR XƏBƏRLƏR