Ay ətrafında uçmaq üçün həvəskarlar axtarılır

Ay ətrafında uçmaq üçün həvəskarlar axtarılır
MARAQLI
14:13 03.03.2021
827
Yaponiyanın ZOZOTOWN geyim onlayn satışı servisinin təsisçisi, milyarder Yusaku Maezava onunla bir yerdə Ay ətrafında səyahətə getməyi arzulayanları dəvət edib.

Dünənki videomüraciətində yaponiyalı iş adamı "Aya ilk mülki missiyası göndərmək” məqsədi daşıyan "dearMoon” layihəsi çərçivəsində "Space X” şirkətinə məxsus "Starship” fəza gəmisində bir həftə ərzində Aya doğru uçaraq ətrafına dolanıb geri qayıtmaq üçün 8 nəfərlik heyət topladığını açıqlayıb.

Ağır rok musiqisi və "Starship”in qalxması görüntülərinin müşayiətilə səsləndirilən videomüraciətində həmçinin "Space X” şirkətinin təsisçisi və rəhbəri İlon Mask da bu missiyaya dəstəyini bildirir: "Məncə, biz həqiqi fərq yaradacağıq”.

"Sizi bu missiyada mənə qoşulmağa dəvət edirəm. Dünyanın hər yerindən səkkiz nəfəri. Missiya iki ildən sonra, 2023-cü ildə həyata keçəcək. Hər cür mənsubiyyətə malik olanların qoşulmasını istərdim”, - deyə Y.Maezava müraciətində qeyd edir.

Missiyada iştirak etməyi arzulayanların 14 mart tarixinədək ilkin qeydiyyatdan keçərək seçimə qəbul ediləcəkləri bildirilir. Martın 21-də aparılacaq ilkin seçimdən və onlayn müsahibədən keçənlər may ayının sonunda yekun müsahibə və tibbi seçimdən də keçməli olacaqlar.

Qeyd edək ki, "dearMoon” layihəsi hələ 2018-ci ildə elan olunaraq Aya uçmaq üçün sənətkarlar dəvət olunmuşdu. Həmçinin cari ilin əvvəlində Y.Maezava "Aya ilk qadın səyahəti” üçün elan etdiyi qız dostlar müsabiqəsi (girlfriend contest) geniş mənfi əks-səda doğurmuşdu.
 
///Report
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Tramp: ABŞ Ukraynaya uzaqmənzilli raketlər ötürmək niyyətində deyil
22:57 15.07.2025
Tramp: ABŞ Ukraynaya uzaqmənzilli raketlər ötürmək niyyətində deyil
Yekaterinburqda saxlanılan azərbaycanlıların həbs müddəti 3 ay uzadılıb
22:35 15.07.2025
Yekaterinburqda saxlanılan azərbaycanlıların həbs müddəti 3 ay uzadılıb
Tramp: Zelenski Moskvaya zərbə endirmək barədə göstəriş verməməlidir
22:25 15.07.2025
Tramp: Zelenski Moskvaya zərbə endirmək barədə göstəriş verməməlidir
Xəstəxanaya yerləşdirilən Xalq artistinin son durumu açıqlandı
22:07 15.07.2025
Xəstəxanaya yerləşdirilən Xalq artistinin son durumu açıqlandı
“Neftçi” ekvadorlu futbolçunu transfer etdi
21:58 15.07.2025
“Neftçi” ekvadorlu futbolçunu transfer etdi
Cəlilabaddakı meşə yanğınında xəsarət alan şəxs xəstəxanadan evə buraxıldı
21:51 15.07.2025
Cəlilabaddakı meşə yanğınında xəsarət alan şəxs xəstəxanadan evə buraxıldı
Binəqədi qəsəbəsində fərdi yaşayış evində yanğın oldu
21:45 15.07.2025
Binəqədi qəsəbəsində fərdi yaşayış evində yanğın oldu
KİV: Çin Trampın hədələri fonunda Rusiyaya "daha dərin" dəstək vəd edib
21:37 15.07.2025
KİV: Çin Trampın hədələri fonunda Rusiyaya "daha dərin" dəstək vəd edib
Yekaterinburqdakı Azərbaycan diasporasının rəhbərinin oğlu saxlanıldı
21:27 15.07.2025
Yekaterinburqdakı Azərbaycan diasporasının rəhbərinin oğlu saxlanıldı
İlin ilk yarısında Azərbaycanda 162 nəfər qidadan zəhərlənib
21:15 15.07.2025
İlin ilk yarısında Azərbaycanda 162 nəfər qidadan zəhərlənib
Laçına köç edən analar və onların övladları üçün təlimlər keçirildi
21:02 15.07.2025
Laçına köç edən analar və onların övladları üçün təlimlər keçirildi
Üç rayonda küləkli hava şəraiti ilə bağlı elektrik enerjisinin verilişində fasilələr yaranıb
20:56 15.07.2025
Üç rayonda küləkli hava şəraiti ilə bağlı elektrik enerjisinin verilişində fasilələr yaranıb
İsrail ordusu Qəzza zolağının şimalında onlarla silahlını öldürüb
20:47 15.07.2025
İsrail ordusu Qəzza zolağının şimalında onlarla silahlını öldürüb
Azərbaycan və NATO arasında əməkdaşlığın cari vəziyyəti müzakirə olunub
20:37 15.07.2025
Azərbaycan və NATO arasında əməkdaşlığın cari vəziyyəti müzakirə olunub
Aİ Rusiyaya qarşı 18-ci sanksiyalar paketi ilə bağlı razılıq əldə edə bilməyib
20:20 15.07.2025
Aİ Rusiyaya qarşı 18-ci sanksiyalar paketi ilə bağlı razılıq əldə edə bilməyib
Vaqif Poeziya Günlərinin tarixi dəyişdirilib
20:04 15.07.2025
Vaqif Poeziya Günlərinin tarixi dəyişdirilib