Çay evində zəhərlənmə: işçi öldü, müştəri xəstəxanaya düşdü

Çay evində zəhərlənmə: işçi öldü, müştəri xəstəxanaya düşdü
Bütün Xəbərlər
12:45 16.12.2011
2454
Sumqayıt şəhərində çay evində zəhərlənmə hadisəsi baş verib. Şəhər Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, 47-ci məhəllədəki çay evində oranın işçisi 1982-ci il təvəllüdlü Nəsirov Samir Nadir oğlu qidadan zəhərlənərək ölüb.  Çay evinin müştərisi olan Ramin Hacıyev isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Hər iki şəxsin qidadan zəhərləndiyi bildirilir.
OXŞAR XƏBƏRLƏR