Xəzər" telekanalının tanınmış aparıcısı Zaur Kamalın ailəsində xoşbəxt hadisə baş verib.
"Ay Zaur" kimi tanınan aparıcı ikinci dəfə ata olub. Teleaparıcının ikinci oğlu dünyaya gəlib. Zaur oğlunun adını Rüstəm qoyub.
Milli.Az xəbər portalına danışan aparıcı "Çox xoşbəxtəm. İki oğul atası olmaq böyük fərəh olduğu kimi, eyni zamanda, məsuliyyətlidir. Allah hamıya övlad payı qismət etsin".
Qeyd edək ki, Zaurun yeni dünyaya gələn oğlu 3 kq 400 qram çəkidə doğulub.r"