“AY.4.2” virusu əvvəlki variantlardan nə ilə fərqlənir ?

SAĞLAMLIQ
09:19 22.10.2021
257
Koronavirusun "Delta" ştammının alt növü olan "AY.4.2" virusu daha yüksək yoluxma qabiliyyəti ilə xarakterizə olunur.

AZXEBER.COM oxu.az-a istinadən xəbər verir ki, belə ki, bir daşıyıcı eyni anda doqquz insanı yoluxdura bilər. Mütəxəssislər deyirlər ki, yeni alt növlər simptomları daha sürətli göstərir.

Rusiya Səhiyyə Nazirliyinin Mərkəzi Federal Dairə üzrə baş sərbəst pulmonoloqu, professor, tibb elmləri doktoru Andrey Malyavin yeni mutasiyanın daha yoluxucu olduğunu və simptomların sürətli inkişaf etdiyini qeyd edib.

"Daha çox insan orta, ağır və son dərəcə ağır formalardan əziyyət çəkir. Simptomlar çox tez inkişaf edir. Uşaqlar da xəstələnməyə başlayıblar", - deyə mütəxəssis bildirib.

Qeyd edək ki, sözügedən virus "Delta" ştammının 45 alt növündən biridir. Rusiyada artıq "AY.4.2" virusu aşkar edilib.

OXŞAR XƏBƏRLƏR