Ayağı-ayaq üstünə aşırmaq varikoz yaradır

Ayağı-ayaq üstünə aşırmaq varikoz yaradır
Bütün Xəbərlər
08:06 10.04.2013
1317
Ayağı-ayaq üstünə aşıraraq oturmaq qanın dövriyyəsini məhdudlaşdırır və varikoz riski yaradır. Bu, radiodiaqnostika mütəxəssisi Əli Rza Nəcəfzadənin araşdırmaları nəticəsində məlum olub. “Ayağı ayaq üstünə aşıraraq oturmanın bəzi təhlükəli tərəfləri var. Belə oturuş qanın yuxarıya axmasının qarşısını aldığı üçün varikoz yaradır və çoxalmasına səbəb olur. Varikoz şikayəti olanlar vəya xüsusilə belə bir şübhəyə sahib insanların bu cür oturmasını məsləhət görmürük”.Nəcəfzadə qanın bədəndə daha düzgün dövriyyəsi üçün oturma şəklinə diqqət etmənin labüd olduğunu vurğulayır. “Diz oynağının və çanaq oynağının rahat olacağı hündürlük və doğruluq nisbəti var. Nə hündürdə olaraq ayaqlar asılı qalmamalı, nə də çox aşağı olaraq diz bucağı daralmamalıdır”.
OXŞAR XƏBƏRLƏR