"Ayaqları altında cənnət görülən qadınların başlarında cəhənnəm qurulur"

"Ayaqları altında cənnət görülən qadınların başlarında cəhənnəm qurulur"
KÖŞƏ
17:53 09.06.2011
2627
Əlbəttə, qadın elə bir varlıqdır ki, bu məqamları kifayət qədər artırmaq olar, lakin təəssüf ki, bəzən bu ad heç də öz müqəddəsliyini qoruya bilmir, bəzən və ya bəlkə də çox zaman baştacı tək adlandırılan qadınlara heç çəkmə qədər də dəyər verilmir, bəzən ayaqları altında cənnət görülən qadınların başlarında cəhənnəm qurulur… 

İllər keçdikcə qadın haqqlarının bərpa olunacağına inamımız artsa da, nədənsə hər şey əksinə cərəyan edir. İstər boşanma halları, istərsə də qadın zorakılıqları ildən ilə artır, baxmayaraq ki bu yöndə olduqca sərt addımlar atılır,qərarlar qəbul olunur. Demək ki məsələnin digər bir tərəfi də mövcuddur. Sözsüz ki, məlum problemlər əsasən ailə şəraitində baş verir, deməli buradan belə bir nəticəyə gəlmək olar ki, əsində problem əxlaqi dəyərlərdədir. Əgər diqqət yetirsək yalnız dəyərləri zəngin xalqlar arasında hələ də qadınlara qarşı münasibət digər xalqlara nisbətən daha yüksəkdir. Əlbəttə müəyyən qanunlar yazılır, qərarlar qəbul olunur, lakin bunlar millətin, dövlətin öz dəyərlərini qazanması üçün yetərli olmur...

Bir millətin dəyərlərini bərpa etmək üçün ən təsirli məqam onun mədəniyyətidir. Əgər bir millət mədəniyyətini bərpa etməyə qadirdirsə, bu əvvəl axır onun əxlaqi dəyərlərinə də sirayət edəcək. Bunu dərk edən xalqlar öz ədəbiyyatlarından istifadə edərək yalnız özlərinin deyil, həmçinin digər millətlərin də dəyərlərinə müəyyən təsir etməyə nail olurlar. Misal olaraq amerika xalqının ədəbiyyatını göstərmək olar. Bir çox əxlaqi problemlərə toxunan ədəbiyyatçılar qadın hüquqlarını da diqqət mərkəzində saxlamışlar. Bu tip nümunələrdən biri gorkəmli amerikan yazıçısı Şarlotta Perkinsin “Sarı divar kağızı” adlı dahi əsəridir. Həm öz, həm də müasir dövrünün qadın mövzusuna həsr edilmiş ən möhtəşəm əsərlərindən hesab olunan “Sarı divar kağızı” qadın problemini, qadınların çəkdiyi iztirabları tam çılpaqlığı ilə əks etdirir. Əsərin əsas simvolu kimi xarakterizə edilən sarı divar kağızı əslində qadınların çəkdiyi əziyyət, iztirab və kədərin təzahürüdür...

Əlbəttə, bu tip əsərlər, ədəbiyyat nümunələri bəlkə də bizim üçün çox kiçicik təsirə malik bir cəhd kimi görsənə bilər, lakin unutmaq lazım deyildir ki, məhz bu nümunələr insanları dəyişəcək əsas dönüş nöqtəsi ola bilər. Bir şeyi də dərk etməliyik ki, dəyərlərinə sahib çıxmaq yalnız insanın, millətin, xalqın öz məsuliyyətidir, edilən təsirlər yalnız yardımçı xarakteri daşımaqdadır. Ən əvvəl hər bir insan özünü bir fərd olaraq dərk etməli və xalqının bir parçası olduğunu anlamalıdır. Bütü bu nüanslar dəyərələrin qorumasinda çox böyük önəm daşıyır ki, nəticə etibarilə bu da ozlüyündə qeyd etdiyimiz əsas məsələ-qadın hüquqlarının ədalətli şəkildə müəyyən edilməsinə öz töhfəsini vermiş olur. Əgər qadınları hələ də baştacı etmək niyyətimizdən əl çəkməmişiksə öz dəyərlərimizi yenidən qaytarmağa borcluyuq, təbii ki əgər hələ də bu niyyət sahibiyiksə...

Samirə Hüseynova
OXŞAR XƏBƏRLƏR