Ayaqları göydə polis maşınına mindirildi - VİDEO

Ayaqları göydə polis maşınına mindirildi - VİDEO
Bütün Xəbərlər
01:30 25.04.2014
3173

Demokratik Maarifçilik Partiyasının sədri, politoloq Elşən Musayev müəllifi və aparıcısı olduğu “Mövqe”verilişində beynəlxalq siyasətlə bağlı maraqlı məqamlara toxunub. AZXEBER.COM həmin çıxışı təqdim edir:Yəqin ki, bu gün, mövcud reallıqda kimsənin inkar edə bilməyəcəyi danılmaz həqiqətlərdən biri də budur: Azərbaycanın siyasi gəncliyi qütbləşib. Həm dəheç bir halda bir-birini qəbul etməyəcək rakursda. Son dərəcə fərqli-ideoloji zolaqlarda. Nəhayət, iqtidar və müxalifət düşərgəsində. Hərçənd bu söylədiyimi hansısa anlamda qütbləşmə kontekstindən çıxara da bilərik. Çünki, faiz etibarı təxminən 95-in 5-ədir. Amma olsun. Niyə olsun? Ona görə ki, bütün hallarda fakt faktlığında qalır. Biz fərqliyik. Biz müxalif gənclikdən təxminən bu planetlə yad planetin insanları qədər fərqliyik.

Onlardan istədiyimiz bir şey yoxdur. Heç bir anlamda. Sadəcə dövlət maraqlarını, milli maraqlarımızı təhlükə altında qoyub, satıb, hərraca çıxarmasınlar, bizim üçün yetər.Və inanın bu tam səmimi sözlərdir. Onlarınsa bizdən istədiyi çox şey var. Misal üçün: özləri kimi düşünmək, eyni zehniyyəti bölüşməkvə ya onların timsalında sərgilənən bənzər ideoloji sərsəmliyə haqq qazandırmaq! Bu və ya digər formada. Yəni misal üçün tutaq aradaxatırlatmaq ki,“siz də yaxşısız, amma bizim qədər deyilsiz”. Ya da “rəqibsiz, sadəcəböyük fədakarlıq hesabına üzərinizdə qalib gəlirik”. Əlqərəz, bunların kompleksi bax budur: “Mən də varam”-kompleksi. “Adam yerinə qoyulmaq” kompleksi. “Sayılmaq” kompleksi...Fəqət, qarşılıq verə bilmirik onlara. Həmin komplekslərin qırılmasında yaxından iştirak edə bilmirik. Niyə? Çünki, onlar rəqib deyillər və heç bir zaman da olmadılar bizə. Çünki, siyasətə mitinqlərdən, meydanlardan gəlməklə kitabxanalardan gəlmək arasında çox ciddi bir fərq var. Və nəhayət çünki, bizə siyasətin incəliklərini və mahiyyətini Heydər Əliyev kimi dahi öyrədib, onlara isə 25 ildir eyni kabnetdə eyni şablonları üyüdən səbatsız başbilənlər...

Müxalif gənclik bizim düşmənimiz deyil. Hər nə qədər onları bu fakta inandıra bilməsək də. Və nəinki fakta, eyni zamanda düşdükləri durumun səbəbiyyətinə və qaldıqları günün məziyyətinə...İnandıra bilmirik ki, siz müddətsiz bir kamikadzesiniz,başınızda və önünüzdə gedənlərə pul-para qazandırmaq üçün vasitəsiniz, ovsunlanmış, kilidlənmiş, gipnotik vəziyyətə salınmış biçarələrsiniz...

***

Bir gün AXCP sədri Əli Kərimlidən özəl çevrə məclislərinin birində soruşublar ki, sən inqilabı necə edəcəksən? – Deyib, təhsilsizlərlə. Aradınca da əlavə edib ki, onları idarə etməkdən və yönləndirməkdən asan heç bir şey yoxdur. Və buyurun: mövcud AXCP timsalı. Adam dediyi kimi də var. Yığıb ətrafına bütün uğursuzları, təhsilsizləri və şüvənləri. Ortaliğı da“al gülüm-ver gülüm”- təntənəsinə qərq eləyib. Biri bu ucdan söyləyir, o biri də ac qarına rabiteyi-həzmdən keçirir. Və nə qəribədir ki, alan da razıdır, satan də. Geniş anlamda isə bunun adı bilirsinizmi nədir? - Bədbəxtliyin dırnaqarası bəxtəvərliyə qucaq açması. Və ya bax belə yerdə deyiblər: “Xoşbəxt həm də o insandır ki, nə qədər bədbəxt olduğunun fərqində deyil” Və deyim ki, bunlar heç bir zaman da həmin bədbəxtliyin fərqinə varmadılar –Söhbət təbii, müxalif gənclikdən gedir. Yox əgər varsaydılar o zaman yəqin ki, heç olmazsa tutaq Ruslan Bəşirli nümunəsindən nəticə çıxarardılar. Hansı ki, adam birbaşa Əli Kərimli adında avantüristin diktəsi ilə həyatının olmazın məşəqqətini yaşadı. 7 illik türmə həyatına məhkum oldu. Və cəzasının bitməsinə bir neçə ay qalmış nə var-nə var Prezidentdən əfv diləyib günahlarını boynuna aldı deyə, anındaca ondan imtna etdilər. Və ya bu insanın müxalifət adına verdiyi çabalar, əmək sərfiyyatı (motiv hər nə olursa olsun) - qaldı bir kənarda, yazdığı bircə ərzə hamının dilinə düşdü, hamının gözünü deşdi.

Ya da Tural Abbaslı, Əbülfəz Qurbanlı...Nə vaxt baxırsan, ayaqları göydə polis maşınına mindirilir. Eyni zamanda onların timsalında həyatlarını bir heç uğruna fəda edən onlarla, yüzlərlə bədbəxt həmyaşıdlarımız, həmvətənlərimiz...Yazıq deyilmi sizə? Yazıq deyilmi, bir dəfə yaşadığınız həyata, gəncliyinizə, əzminizə, enerjinizə? Və ya çox maraqlıdı: bu mənzərədən heçmi usanmadınız, yorulmadınız, bezmədiniz?

***

Dünən mətbuatı izləyirəm, qəzet səhifələrinə baxıram. Demək olar, bütün manşetlər “Nida”hərəkatının üzvləri haqqdadır. Hansi ki, radikal müxalifətin ənənəvi fitnəsinə uyaraq növbəti qurban olublar, cinayət törədiblər və həbsə alınıblar. Müdafiə isə yoxdur. Boş-boş bəyənatlardan savayı ortalıqda heç bir şey yoxdur! Oysa, bu insanlar cinayət belə törətmiş olsalar, həmin cinayəti kimin uğrunatörətdikləri də hər birimizə gün kimi aydındır. Fəqət, özünə lider deyən, əslində isə lidercik olan bəzi şəxslərə hələ də aydın deyil ki, hüquq, cinayət məcəlləsi, məhkəmə-filan qalsın bir yanda - bu gənclərin mənəvi və siyasi öhdəlkləri birbaşa onların boynundadır. Və ya təhrik eləmisənsə - səbəb hər nə olursa olsun - müdafiə də edəcəksən!.Bu sənin boynunun borcudur! Yox əgər müdafiə edə bilmirsənsə o zaman get otur oturduğun yerdə! Camaatın anasını, bacısını, həyat yoldaşını türmə yollarında qoyma, bir tək öz ambisiyaların qüvvədə qalsın deyə insanları bədbəxtliyə sürükləmə və nəhayət sonra da bu bədbəxtliyə kənardan tamaşa edib manyakcasına zövq alma! Ya da haqqında danışdığım ləzzət, sadizm sənin üçün bu qədər imtinaolunmaz və vazkeçilməzdirsə o zaman ay müxalif lider, qoy o gənclərin başında bir dəfə də sənin öz övladın getsin. Buradakı yazıqları, biçarələri qabağa verib cinayətə sövq edərkən dünyanın ən bahalı universitetlərində oxutdurduğun övladı! Atalarının müxalifətçi olmasına rəğmən belə, gözünü açdığı gündən harın böyüyən övladın! Bu həyatın gəlib-keçən bütün hadisələrindən bixəbər, pambıq içində böyüyən övladın...

Sonra deyirsiniz günahımız nədir? Osya, əsl günah sizə sormalı: Söhbət nədir?

Çünki, elə bir mərhələyə qədər irəliləmisiniz ki, artıq bəlli deyil: Günahmı sizə batıb, yoxsa sizmi günaha?

OXŞAR XƏBƏRLƏR