Ayaz Mütəllibov Bakıya qayıtdı

Ayaz Mütəllibov Bakıya qayıtdı
Bütün Xəbərlər
00:03 08.07.2012
2581

Azxeber.com-un Mediaforum saytına istinadən verdiyi xəbərə görə, A. Mütəllibov 1990-cı ildə Azərbaycan prezidenti seçilib. 1992-ci il martın 6-da istefa verib. Həmin il mayın 14-də yenidən vəzifəsinə qayıdıb, ancaq bir gün sonra xalq hərəkatının təzyiqi altında prezidentlikdən çəkilərək ölkəni tərk edib və o vaxtdan Rusiya paytaxtı Moskvada yaşayıb. Bu illər ərzində Ayaz Mütəllibov yalnız bir yol – 2011-ci ilin avqustunda oğlu vəfat edəndə Azərbaycana gələ bilib.

Azərbaycanda onun haqqında cinayət işləri qaldırılıb. 2003-cü ildə məhkəmə onun haqqında həbs qətimkan tədbiri seçib və sabiq prezidentin axtarışı elan olunub.

2012-ci ilin iyun ayında Azərbaycanda yeni qanun – sabiq prezidentlərin və ailə üzvlərinin təminatını nəzərdə tutan konstitusiya qanunu qüvvəyə minib, bununla da Ayaz Mütəllibov ölkəyə qayıtmaq imkanı əldə edib. Qanuna görə, keçmiş prezident Azərbaycan Respublikasının prezidenti seçilməzdən əvvəl və Azərbaycan Respublikasının prezidenti səlahiyyətlərini icra edərkən etdiyi hərəkətlərə (hərəkətsizliyə) görə inzibati və ya cinayət məsuliyyətinə сəlb edilə bilməz.

Ayaz Mütəllibov açıqlamasında ölkəyə qayıtmasını, vətəndə yaşamasına imkan yaradılmasını, hazırda vətəndə olmasını yüksək qiymətləndirib: “Mənim ölkəyə qayıtmağım üçün çalışanlara, bu işdə əməyi olanlara, məni qarşılamaq üçün zəhmət çəkib aeroporta gələnlərə təşəkkür edirəm. Hamısı çox sağ olsun. Təbii ki, həyəcan var, sevinc var. Bu, təbiidir. Axır ki, niyyətimiz yerinə yetdi. İndi buradan Bilgəhə bağ evimə gedirəm. İlk ziyarət edəcəyim yer qəbiristanlıq olacaq. İyulun 8-də qəbiristanlığı ziyarət edəcəm”.

OXŞAR XƏBƏRLƏR