Ayaz Mütəllibovun Azərbaycanı tərk edəcəyi tarix açıqlandı

Ayaz Mütəllibovun Azərbaycanı tərk edəcəyi tarix açıqlandı
Bütün Xəbərlər
12:52 24.08.2011
1950

Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) həmsədri Ayaz Mütəllibov vəfat etmiş oğlunun qırx mərasimini verənə kimi Azərbaycanda olacaq. Bu barədə APA-ya ASDP-nin digər həmsədri Araz Əlizadə məlumat verib. Onun sözlərinə görə, sabiq prezident ys mərasimi başa çatdıqdan, yəni sentyabrın 18-dən sonra ölkəni tərk edəcək: “Məndə olan məlumata görə, həmin tarixdən sonra Ayaz müəllim getməlidir”. A. Əlizadə hazırda A. Mütəllibovun Bakıda ailə üzvləri ilə birlikdə olduğunu deyib. Xatırladaq ki, A. Mütəllibovun oğlu 49 yaşlı Azad Mütəllibov uzun çəkən xəstəlikdən sonra avqustun 8-də vəfat edib. Ayaz Mütəllibov oğlunun dəfnində iştirak etmək üçün həmin gün Moskva-Bakı reysi ilə Azərbaycana gəlib. Onun toxunulmazlığına Azərbaycan hökuməti səviyyəsində təminat verildiyi açıqlanıb.

OXŞAR XƏBƏRLƏR