Aybəniz Haşımova bacısı ilə duet ifa edəcək

Aybəniz Haşımova bacısı ilə duet ifa edəcək
MƏDƏNİYYƏT
13:49 12.09.2024
1004
Xalq artisti Şahnaz Haşımova yubileyi münasibətilə Gəncədə konsert verəcək.
 
AZXEBER.COM xəbər verir ki, bu haqda onun bacısı, Əmkdar artist Aybəniz Haşımova məlumat verib.
 
Onun sözlərinə görə musiqili gecə 5 Oktyabrda Gəncə Filarmoniyasında baş tutacaq.
 
Gecədə Əməkdar artist Aybəniz Haşımova bacısı ilə duet ifa edəcək. 
 
Hisslərini bölüşən Əməkdar artist: "Şahnaz xanım deyir ki, gəl konsert üçün bir duet hazırlayaq. Mahnının adını deməyəcəm, qoy sirr olsun. Onunla məşq də elədik. Şahnaz xanım oxuyur, mən isə ürəyimdə düşünürəm ki, görən necə ifa edim ki, ifamı bəyənsin?! Elə bilirdim böyümüşəm mən, sən demə, onunla bir ifa edəcək qədər hələ böyüməmişəm. Hələ də, həyacan basır, ürəyim titrəyir, soyuq tər aparır məni. Az qalıram deyim ki, qadan alım, mənə icazə ver, elə zaldaca əyləşib səni dinləyim. Bu həyacan niyə getmir məndən? Elə, yeni sənətə başlayan dövrdə necə idim, indi də gördüm ki, belədir. Deməli,yaşın artmasının bu işlə heç əlaqəsi yox imiş. Şövkət xanım, Şahnaz xanım qarşısında illər keçsə də bu vəziyyət dəyişməz olaraq qalıbmış. Amma çarə yoxdur, oxumalıyam!" deyə o qeyd edib.
 
Aysel
 

 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“Həcc ziyarəti üçün qiymət artımı qaçılmazdır” - QMİ
17:05 23.09.2026
“Həcc ziyarəti üçün qiymət artımı qaçılmazdır” - QMİ
“Bir az dadım, görüm xarabdırmı?” –  Evdə hazırlanan qida məhsulları ilə bağlı XƏBƏRDARLIQ
16:35 23.09.2026
“Bir az dadım, görüm xarabdırmı?” – Evdə hazırlanan qida məhsulları ilə bağlı XƏBƏRDARLIQ
Beynəlxalq tədbirlər zamanı nəqliyyat necə tənzimlənməlidir? - Tıxaclar hər yerdə olur, əsas bu addımlardır..
16:21 23.09.2026
Beynəlxalq tədbirlər zamanı nəqliyyat necə tənzimlənməlidir? - Tıxaclar hər yerdə olur, əsas bu addımlardır..
“Mərkəzi Nəbatat Bağı” və “Dendrologiya Bağı” birləşdirildi
16:15 23.09.2026
“Mərkəzi Nəbatat Bağı” və “Dendrologiya Bağı” birləşdirildi
Ermənistan-Türkiyə sərhədi açılacaq? – Türkiyəli generaldan açıqlama
16:13 23.09.2026
Ermənistan-Türkiyə sərhədi açılacaq? – Türkiyəli generaldan açıqlama
Nərimanovda 31 kiloqram narkotik vasitə aşkarlandı
16:06 23.09.2026
Nərimanovda 31 kiloqram narkotik vasitə aşkarlandı
Doktorant və gənc tədqiqatçıların 29-cu Respublika elmi konfransı keçiriləcək
15:58 23.09.2026
Doktorant və gənc tədqiqatçıların 29-cu Respublika elmi konfransı keçiriləcək
Mətbuat Şurasında “süni intellekt və media” mövzusunda tədbir keçirildi - FOTOLAR
15:41 23.09.2026
Mətbuat Şurasında “süni intellekt və media” mövzusunda tədbir keçirildi - FOTOLAR
Suriyada tarixində ilk: Qadın polislər məzun oldu - FOTOLAR
15:31 23.09.2026
Suriyada tarixində ilk: Qadın polislər məzun oldu - FOTOLAR
Çin lideri ABŞ-a yola düşüb
15:20 23.09.2026
Çin lideri ABŞ-a yola düşüb
E-QİYMƏT.az adlı yeni xəbər portalı fəaliyyətə başladı
14:46 23.09.2026
E-QİYMƏT.az adlı yeni xəbər portalı fəaliyyətə başladı
Əfv Sərəncamının icrasına başlanılır
14:31 23.09.2026
Əfv Sərəncamının icrasına başlanılır
Maaşlar artdıqca qiymətlər də bahalaşır – Gələcəkdə vətəndaşları nə gözləyir?
14:29 23.09.2026
Maaşlar artdıqca qiymətlər də bahalaşır – Gələcəkdə vətəndaşları nə gözləyir?
“Sən Alimsən axı, sən də Üzeyir... ” - Gündəm olan duetə sözardı
14:16 23.09.2026
“Sən Alimsən axı, sən də Üzeyir... ” - Gündəm olan duetə sözardı
Mərkəzdə mənzil axtaranlar üçün yeni imkanlar: Nərimanovda satışlar başladı
14:08 23.09.2026
Mərkəzdə mənzil axtaranlar üçün yeni imkanlar: Nərimanovda satışlar başladı
“Daha çox izlənmək istəyirsinizsə...” – Osman Gündüz
14:06 23.09.2026
“Daha çox izlənmək istəyirsinizsə...” – Osman Gündüz