Aybəniz Haşımova Cənnət Səlimovanı belə təbrik etdi

Aybəniz Haşımova Cənnət Səlimovanı belə təbrik etdi
MƏDƏNİYYƏT
01:49 28.01.2015
3251
Azərbaycan teatr səhnəsinin son maqiqantlarindan olan,rejissor, şöhrət ordenli,əməkdar incəsənət xadimi Cənnət  Səlimovanın 75 yaşı tamam olur.
Əməkdar artist Aybəniz Haşımova sənətkarı təbrik edib və bu haqda yazıb:
Cənnət xanıım böyük sənət bilicisi olmaqla yanaşı, əsl ziyalıdır, Gözəl ana, sənətimizin Cəvahirati, adı qızıl hərflərlə tarixə yazılan, sənəti, insanlığı qarşısında baş əydiyim Cənnət xanımı 75-illiyi münasibətilə ürəkdən təbrik edirəm. Ona can sağlığı və işlərində tükənməzlik arzu edirəm. Var olun, əzizim mənim".
Xatırladaq ki, Cənnət Səlimova 1957-1962-ci illərdə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsil almışdır. 1962-1967-ci illərdə o, Leninqrad Dövlət Teatr, Musiqi və Kinematoqrafiya İnstitutunun "Dram rejissorluğu" fakültəsində təhsil almışdır.

1967-ci ildən 1991-ci ilədək C.Səlimova S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında rejissor vəzifəsində işləmişdir. Bu teatrda işlədiyi müddətdə C.Səlimova bir çox əsərlərə quruluş vermişdir. Onlardan F.M.Dostoyevskinin "Cinayət və cəza", "Əbləh", A.P.Çexovun "Vanya dayı", İvanov", C.Cabbarlının "Aydın" və s. göstərmək olar. 1982-ci ildən 1991-ci ilədək o, həmin teatrda baş rejissor vəzifəsində işləmişdir. 1991-ci ildən bu günədək C.Səlimova Bakı Kamera Teatrına bədii rəhbər işləyir.

Azərbaycan Dövlət İncəsənət və Mədəniyyət Universitetinin professorudur. Bundan əlavə Dövlət Musiqi Komediya Teatrında bir çox tamaşalar hazırlamışdır. Ü.Hacıbəyovun "O olmasın, bu olsun", İ.Karmanın "Silva", "Maritsa", F.Ledar "Şən dul qadın" tamaşalarına səhnə həyatı vermişdir.

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında "Payatsi" (R.Leonkovallo), "Traviata" (C.Verdi), "Bogema" (C.Puççini) kimi operaları səhnəyə qoymuşdur.

2006-cı ilin mayından Cənnət Səlimova Opera və Balet Teatrına əvəzçilik üzrə quruluşçu rejissor vəzifəsinə qəbul edilmişdir.

"Şərəf nişanı" ordeni və Azərbaycanın "Şöhrət" ordeni ilə təltif edilmişdir.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Qadınlar maddi nemətlərə kişilərdən daha çox hərisdir" - Ekspert
18:33 04.06.2026
"Qadınlar maddi nemətlərə kişilərdən daha çox hərisdir" - Ekspert
Mourinyo Türkiyəni Avropa Məhkəməsinə verdi
18:27 04.06.2026
Mourinyo Türkiyəni Avropa Məhkəməsinə verdi
"Həmin insanlarla əlaqəni kəsmək lazımdır"
18:08 04.06.2026
"Həmin insanlarla əlaqəni kəsmək lazımdır"
Leonid Kuçma: Azərbaycanın müstəqilliyi mənim üçün sadəcə söz deyil
17:48 04.06.2026
Leonid Kuçma: Azərbaycanın müstəqilliyi mənim üçün sadəcə söz deyil
Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb -FOTOLAR
17:43 04.06.2026
Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb -FOTOLAR
Küveyt Vəliəhdi Prezident İlham Əliyevi təbrik edib
17:40 04.06.2026
Küveyt Vəliəhdi Prezident İlham Əliyevi təbrik edib
Psixoloqdan imtahan həyəcanına qarşı təsirli üsullar: Panika anında nə etmək lazımdır?
17:11 04.06.2026
Psixoloqdan imtahan həyəcanına qarşı təsirli üsullar: Panika anında nə etmək lazımdır?
Azərbaycan minifutbol millisindən tarixi uğur gözlənilir – Ekspertlər final öncəsi nikbindir
17:01 04.06.2026
Azərbaycan minifutbol millisindən tarixi uğur gözlənilir – Ekspertlər final öncəsi nikbindir
Aİ-dən Ermənistana 50 milyon avroluq dəstək: “Burada sensasiya yoxdur”
16:54 04.06.2026
Aİ-dən Ermənistana 50 milyon avroluq dəstək: “Burada sensasiya yoxdur”
Bakıda 34 yaşlı aşpazdan məktəbli qıza qarşı nalayiq hərəkət – TƏFƏRRÜAT
16:37 04.06.2026
Bakıda 34 yaşlı aşpazdan məktəbli qıza qarşı nalayiq hərəkət – TƏFƏRRÜAT
Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində olublar - FOTO
16:23 04.06.2026
Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində olublar - FOTO
Bakıda qadın sevgilisini ağır yaraladı - Ondan ayrılmaq istəyirmiş
16:02 04.06.2026
Bakıda qadın sevgilisini ağır yaraladı - Ondan ayrılmaq istəyirmiş
Bakının mərkəzində dəhşətli qəza - Uzun tıxac yarandı
16:00 04.06.2026
Bakının mərkəzində dəhşətli qəza - Uzun tıxac yarandı
Azərbaycanda referendum keçiriləcək? - RƏSMƏN açıqlandı
15:56 04.06.2026
Azərbaycanda referendum keçiriləcək? - RƏSMƏN açıqlandı
Perinatal Mərkəzin direktoru həbs edildi - Körpələrin öldüyü yanğına görə
15:53 04.06.2026
Perinatal Mərkəzin direktoru həbs edildi - Körpələrin öldüyü yanğına görə
Rusiya Ermənistana sanksiya tədbiq etdi - Aİ 50 milyon yardım ayırdı
15:51 04.06.2026
Rusiya Ermənistana sanksiya tədbiq etdi - Aİ 50 milyon yardım ayırdı