Aybəniz Haşımova Heydər Əliyev haqda danışdı

MƏDƏNİYYƏT
13:18 12.12.2012
1991

Azərbaycanın əməkdar artisti Aybəniz Haşımova ulu öndər Heydər Əliyev haqqında fikirlərini şəxsi "facebook" səhifəsində paylaşıb.

AZXEBER.COM-un məlumatına görə, o qeyd edib ki, sənətə gəlməyinə görə ulu öndərə borcludur: "Arzular, istəklər, fikirlər müxtəlifdir. Mənim isə uşaq yaşlarımdan bir arzum var idi: xalqımın lazımlı insanı olmaq. İllər ötdü, o gün gəldi çıxdı. Gəncədə Ulu Öndər Heydər Əliyev mənim ifa etdiyim salonda əyləşmişdi. Dünyanın ən xoşbəxt insanını axtarsaydılar, həmin an mən özümü göstərərdim. Mənim yaşıdlarımın biri də tapılmazdı ki, onu sevməsin, ona “Baba” deməsin. 1979-cu ildə mənim sənət ömrümün bəxti gətirdi. Heydər Əliyev məni Bakıya təhsil almağa gətirdi. Məni xalq musiqisinə verdi ve dedi: Qızım, sənə bu təhsili verirəm ki, xalqına layiqli, sədaqətli xidmət edəsən. Əməkdar artist qeyd edib ki, hər zaman xalqımıza ləyaqətlə xidmət edəcək: "Bilmirəm, ömrüm nə qədər yetəcək arzularımın həyata keçməsinə, amma ömrümün sonuna qədər, mənə sənət verən mənəvi atam Heydər Əliyev, sizə bütün xalqımın qarşısında söz verirəm: ömrümün sonunadək, necə ki siz arzulamışdınız, beləcə də xalqımıza ləyaqətlə, sədaqətlə, musiqimizə layiqli bir övlad olaraq yorulmadan xidmət edəcəm. Ruhunuz şad olsun!" 

OXŞAR XƏBƏRLƏR