'Aydın Sabah İctimai Birliyi' gənclərə virtual dəvətnamə göndərdi

GƏNCLİK
02:12 11.03.2012
2568
Bir qrup gəncin təsis etdiyi "Aydın Sabah İctimai Birliyi" təşkilatı da digər QHT-lər kimi "Novruz" bayramına ciddi hazırlaşır.

AZXEBER.COM-un məlumatına görə, gənclər bu dəfə xeyriyyə aksiyası keçirməyi planlaşdırıblar. Təşkilat üzvləri bu günlərdə uşaq evlərinin birində xeyriyyə tədbiri keçirəcəklər.

Onlar 14 mart tarixində saat 12:00-da 3 saylı uşaq evində təşkil olunacaq "Bir Parça Təbəssüm" adlı "Novruz" şənliyinə hər kəsi dəvət edirlər. Bayram günlərində körpələrin sevincinə sizlər də şərik olmaq, onlara hər hansı formada yardım etmək istəyirsinizsə aşağıda qeyd olunan telefon nömrəsi ilə əlaqə saxlamağınızı xahiş edirik. Unutmayaq ki, bizlər üçün çox kiçik sayılacaq maddi və ya hər birimizin borcu olan mənəvi dəstək onlarla insanın, məhz həmin körpələrin üzündə uzun müddət unudulmayacaq təbəssümə səbəb olacaq

Məlumatda Təşkilatın sədri Tural Qedirxum da bildirilir ki, tədbirdə tanınmış reperler, Dj-lər, meyxana ustaları, incəsənət xadimləri və hərəkata qoşulan sadə vətəndaşlar iştirak edəcəklər.

OXŞAR XƏBƏRLƏR