Aydın Tağıyev Həsən bəy Zərdabi adına mükafata layiq görülüb

Aydın Tağıyev Həsən bəy Zərdabi adına mükafata layiq görülüb
SOSİAL
14:58 22.07.2026
668
Aydın Tağıyev vətənpərvərlik və azərbaycançılıq ideyalarının təbliğinə verdiyi mühüm töhfələrə görə Həsən bəy Zərdabi adına mükafata layiq görülüb.

O, qələbəmizin, uğurlarımızın və nailiyyətlərimizin şərəfinə yazılmış "İlk Zəfər Marşı”, "Vətən Marşı” və "Cənab Ali Baş Komandan” adlı tarixi əsərin müəllifidir. Həmin əsərlər Azərbaycan Dövlət Televiziyasının "Qızıl Fond”una daxil edilib.

Aydın Tağıyev eyni zamanda Azərbaycan Real Aykido İdman Klubunun rəsmi himninin müəllifi və klubun fəxri üzvüdür. O, həmçinin Azərbaycan Əlbəyaxa Döyüş Federasiyasının və Kəndirlə Mübarizə İdman Federasiyasının fəxri üzvüdür. Bundan əlavə, Azərbaycan Korporativ İş Adamları Birliyi (AKİAB) tərəfindən "Fəxri üzv” seçilib.

Müəllif altı ilə yaxındır ki, bütün ölkəni əhatə edən "Vətən” layihəsinə rəhbərlik edir. Layihə çərçivəsində o, 200-ə yaxın şəhid ailəsində fərdi şəkildə iştirak edib. Hazırda layihə nəzdində 9 kitab üzərində iş aparılır.

Aydın Tağıyev 10 ildən artıqdır ki, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırır. Onun türk, ingilis, rus, ispan, portuqal, gürcü, koreya, rumın, ərəb və digər dillərdə əlamətdar tarixi və ictimai mövzulara həsr olunmuş yüzə yaxın məqaləsi yerli və xarici mətbuatda dərc olunub.

İkinci Qarabağ müharibəsi dövründə Aydın Tağıyev ölkənin 20-yə yaxın tanınmış simasını — nazirlik nümayəndələrini, fond rəhbərlərini, mətbuat katiblərini, telejurnalistləri, diaspora təmsilçilərini və iş adamlarını — bir araya gətirərək "Qarabağ həqiqətləri: 1992–2020” layihəsinin ərsəyə gəlməsinə nail olub. İngilis dilində altyazılarla təqdim olunan bu layihənin əsas məqsədi Qarabağ həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması olub.

O, həmçinin ölkənin təxminən 10 yerli universitetində "Milli-mənəvi dəyərlər və vətəndaşlıq” mövzusunda təlimlər keçib.

Bununla yanaşı, Aydın Tağıyev ölkənin aparıcı media qurumlarında — qəzet, radio və televiziya platformalarında — siyasi şərhçi kimi çıxış edərək ictimai-siyasi məsələlərlə bağlı analitik mövqeyini ictimaiyyətə təqdim edir.

Aydın Tağıyevin "Qələbənin Memarı, Cənab Ali Baş Komandan” adlı kitabı isə bu ayın əvvəlində geniş ictimaiyyətə təqdim olunub.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Pezeşkian: ABŞ İran xalqının təslim olmasını istəyir
06:36 12.09.2026
Pezeşkian: ABŞ İran xalqının təslim olmasını istəyir
Rusiya gün ərzində 67 Ukrayna PUA-sını vurduğunu açıqlayıb
05:19 12.09.2026
Rusiya gün ərzində 67 Ukrayna PUA-sını vurduğunu açıqlayıb
ABŞ hərbçiləri Ağ Evə xəbərdarlıq etdi: “Silah-sursat ehtiyatları tükənir!”
03:07 12.09.2026
ABŞ hərbçiləri Ağ Evə xəbərdarlıq etdi: “Silah-sursat ehtiyatları tükənir!”
Gürcüstanda azərbaycanlılar arasında doğum səviyyəsi azaldı
02:34 12.09.2026
Gürcüstanda azərbaycanlılar arasında doğum səviyyəsi azaldı
Daşqınlardan sonra Nepalın bərpası üçün lazım olan məbləğ açıqlandı
01:22 12.09.2026
Daşqınlardan sonra Nepalın bərpası üçün lazım olan məbləğ açıqlandı
Çips, kolbasa və qazlı içkilər - Gündəlik istifadə edənlərə xəbərdarliq
00:43 12.09.2026
Çips, kolbasa və qazlı içkilər - Gündəlik istifadə edənlərə xəbərdarliq
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
00:36 12.09.2026
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
Məhəmməd Hadi küçəsində antisanitar vəziyyət nə vaxta qədər davam edəcək? - VİDEO
00:23 12.09.2026
Məhəmməd Hadi küçəsində antisanitar vəziyyət nə vaxta qədər davam edəcək? - VİDEO
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
00:14 12.09.2026
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
Bürclər bu günə nə deyir?
00:02 12.09.2026
Bürclər bu günə nə deyir?
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
23:48 11.09.2026
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
Azərbaycanda universitetlər 3 illik olacaq?
23:43 11.09.2026
Azərbaycanda universitetlər 3 illik olacaq?
Faciəvi şəkildə ölən azərbaycanlı bacı və qardaşın yaxınları danışdılar - Yeni TƏFƏRRÜAT - VİDEO
23:33 11.09.2026
Faciəvi şəkildə ölən azərbaycanlı bacı və qardaşın yaxınları danışdılar - Yeni TƏFƏRRÜAT - VİDEO
"Fənərbağça"dan İsmail Kartalla bağlı açıqlama
23:24 11.09.2026
"Fənərbağça"dan İsmail Kartalla bağlı açıqlama
“Evin kvadratı hesablanır, həyətin isə yox”- Tikinti şirkəti ilə sakin arasında mübahisə - VİDEO
23:13 11.09.2026
“Evin kvadratı hesablanır, həyətin isə yox”- Tikinti şirkəti ilə sakin arasında mübahisə - VİDEO
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatdı
23:09 11.09.2026
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatdı