“Sabah bunlar Azərbaycanın, yoxsa İranın marağına işləyəcəklər?”.
Azərbaycanda İranın ali lideriAyətullah Xameneyiyəhəsr olunmuş meyxana böyük səs-küyə səbəb olub.
AZXEBER.COMxəbər verir ki, Surxay Qedirxum və Sadiq Ceferinin dediyi “Ağam Xameneyi” adlı meyxana sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Hətta millət vəkiliFazil Mustafada meyxanaçılara etirazını bildirib. O, azadlıq radiosuna açıqlamasında belə deyib:
“Televiziyada çıxış edən bir qrup meyxanaçı “Ağam Xameneyi” meyxanasını söyləyir, bunu böyük bir auditoriyaya təbliğ edirdilər. Bu adamlar Xameneyiyə ağam deyir, onun qulluğunda hazır olduğunu söyləyir. Bu təbəqəyə etinasız yanaşmaq olmaz. İran Ermənistana dəstək verir. Sabah bunlar Azərbaycanın, yoxsa İranın marağına işləyəcəklər?”.