Azərbaycanın xalq artisti Aygün Kazımovanın ərə getməsi barədə xəbərlər İnterneti “partladıb”.
Aygün Kazımovanın seçiminin türkiyəli yaradıcı bir insan olduğu vurğulanır. Müğənni də toyqabağı xüsusi pəhriz saxlayır. Kazımovanın yaxın günlərdə bu barədə açıqlama verəcəyi gözlənilir.
Qəzetin yazdığına görə, müğənninin qızı İlqarə anasının toyuna etiraz etmir.Day.Az saytı isə xalq artistinin özündən xəbəri şərh etməsini xahiş edib.“Bilmirəm, bu xəbərlər haradan çıxıb? Özüm bu barədə bu gün İnternetdən öyrənmişəm. İndi də bununla bağlı telefonuma xeyli zəng gəlir. Amma, inanın, indi mənə bu lazım deyil, çünki mən hələlik öz layihələrimin “arvadıyam” və yalnız onlarla məşğulam. Nə vaxt ərə getsəm, o vaxt bu xəbəri şəxsən özümdən öyrənəcəksiniz”, – deyə müğənni bildirib.