Aygün Kazımova Üzeyirin müdafiəsinə qalxdı

MAQAZİN
13:42 16.08.2012
2959
Aygün Kazımova həmkarlarının tənqidinə baxmayaraq, Üzeyir Mehdizadəni müdafiə etməkdə davam edir.AZXEBER.COM Day.az-a istinadən məlumatına görə, A.Kazımova deyib ki, Üzeyirlə duet oxuyandan sonra hamı onun üstünə düşüb. "Belə olmağı yaxşıdır. Əks halda bizim duetimiz belə uğurlu alınmazdı. Başa düşmürəm ki, nəyə görə hər dəfə Üzeyirə qiymət qoymağa çalışırlar? Fikrimcə, onun istedadına görə belə edirlər. Mənim də başıma bu gəlib. Bir vaxtlar hamı bir formada məni qiymətləndirməyə çalışırdı. İndi isə vəziyyət başqadır. Bu tənqidlər gələcəkdə Üzeyirin xeyrinə işləyəcək", - o bildirib.

OXŞAR XƏBƏRLƏR