Ayıbdır, Vallah, ayıbdır! - KÖŞƏ

MARAQLI
17:19 08.02.2012
2009
Bakıda soyuqlar rekord həddə çatıb. Belə havanın isə problemlər yaratması gözləniləndir.Axı təbiət hadisəsi elə bir qüvvədir ki, onun qarşısında insan gücünün tab gətirməsi mümkün deyil.Ən azından dünyanın super güclərinin, Azərbaycandan dəfələrlə hazırlıqlı olan ölkələrin təcrübsinə diqqət yetirmək bunu dərk etməyə yetər. Bəli, təbiət hadisələri dövlət qurumlarının yarıtmaz işinin nəticəsi deyil. Bu təbiət hadisələrinə hazır olmaq, onun nəticələrini aradan qaldırmaq kimi məqamlarda dövlət qurumlarının ünvanına nəsə söyləmək mümkündür.İndi Bakıda soyuqlar rekord həddə çatıb. Rəsmi şəklidə açıqlanmasa da, belə soyuq havanın son 100 ildə Bakıda ikinci dəfə müşahidə olunduğu qeyd edilir.İndi gəlin biz məsələnin ikinci tərəfindən söz edək. Dövlət qurumları Azərbaycanda qışa necə hazırlaşıb?Təsdiq etməmələrinə baxmayaraq, onu deyə bilərik ki, cüzi soyuq düşən kimi hətta ən baxımlı hesab edilən Azərbaycanın paytaxtında mavi yanacaq, elektrik enerjisi və icməli suyun verilməsi, eləcə də yolların təmizlənmsində problem yaranır. Məsələ ondadır ki, sənin üzləşdiyin bu problemi dövlət qurumları elə təkzib edirlər ki, elə bil suyun olmaması ucbatından əl-üzü kirli işə gələn sən deyilsən. Qazın olmaması səbəbindən işə ac və donmuş vəziyyətdə gələn sən deyilsən. İşığın olmaması ucbatından dünyadan xəbərsiz sən deyilsən. Yolların buz bağlaması ucbatından 10 dəqiqəlik yolu 2 saata işə gələn sən deyilsən.Biz bu gün qışa hazırlıqla məşğul olan dövlət qurumlarının sözçülərinin açqlamaları ilə tanış olduq. Onlara inansaq, indi Bakıda havanın temperaturu ən azı +15 dərəcədir. Hətta vətəndaşların qaz, işıq, su təchizatı ilə bağlı heç bir problemi yoxdur. Yollarda da hər şey öz axarındadır. Ayıbdır, Vallah, ayıbdır!Guya, bunlar belə açıqlama verməklə insanlara yaxşılıqmı edirlər? Qətiyyən, əslində çox böyük düşmənçilik edirlər. O yaxşıdırmı ki, dövlət qurumlarının açıqlamlarına inanıb yollarda avtobus gözləyə-gözləyə donub öləsən. O yaxşıdırmı ki, evində mavi yanacaq, elektrik enerjisi, su olduğuna inanıb problemdən başqa çıxış yolu axtarmayasan. Nəticədə isə çarəsiz qalasan.  Olmazmı ki, bu sözçülər vətəndaşlara doğrunu söyləsinlər. BU, TƏBİƏT HADİSƏSİDİR, AXI ONLARIN ÖZ İŞİ DEYİL Kİ, VƏTƏNDAŞLARI ALDATSINLAR.Bəli, əziz bakılılar, hazırda Bakıda ən azı -5 dərəcə şaxta var. Axşam ən azı iki dəfə artacaq. Yollar buz bağlayıb, su, qaz, elektrik enerjisinin verilməsində ciddi problemlər var. Nəzərdə tutulan mənzil başına çatmaq da problemdir. Bunu nəzərə alın. Rəsmi qurumların sözçülərinə inansanız, məsələ qəliz olacaq.  ƏN AZI DONACAQSINIZ...
OXŞAR XƏBƏRLƏR